Hər kəsin faydalı hesab etdiyi kələmin ZƏRƏRLƏRİ ÜZƏ ÇIXDI

Hazırda oxunan: Hər kəsin faydalı hesab etdiyi kələmin ZƏRƏRLƏRİ ÜZƏ ÇIXDI

608200

Ağ kələm faydalı məhsul sayılsa da, bəzi hallarda onun qəbulu arzuolunmaz ola bilər. 

Bizim.Media xəbər verir ki, bu barədə Nutrisioloq Svetlana Zvereva “Aif.ru”ya açıqlamasında bildirib.

Həkim bildirib ki, lifli qidaları əvvəllər az qəbul edən şəxslər kələmi rasiona tədricən daxil etməlidirlər, əks halda köp və ürəkbulanma yarana bilər.

Onun sözlərinə görə, çiy kələm uşaqlarda sancı və narahatlıq yarada bilər. Buna görə də uşaqlara bu məhsul yalnız üç yaşdan sonra və bişmiş halda verilməlidir.
 

Mütəxəssis əlavə edib ki, kələm mədə-bağırsaq xəstəliklərinin kəskin mərhələsində — yüksək turşuluqlu qastrit, xora, enterit, kolit və pankreatit zamanı məsləhət görülmür, çünki tərkibindəki kobud lif selikli qişanı qıcıqlandıra bilər. Həmçinin infarkt keçirmiş şəxslərə də bu məhsul tövsiyə edilmir.


Zvereva qeyd edib ki, kələm şirəsi qaz yaranmasını artıra bilər, nadir hallarda isə U vitaminiyə fərdi dözümsüzlük müşahidə olunur. Mədə turşuluğu yüksək olan insanlarda da diskomfort yarana bilər.

Öz növbəsində, nutri¬sioloq-məşqçi Yuri Brabechan gündəlik qidalanmanın adi məhsullar əsasında düzgün qurula biləcəyini bildirib.

O, yumurta, toyuq əti, qarabaşaq, kələm, kök və almaları əsas məhsullar kimi göstərib.

Diyetoloq Mariyat Muxina isə maqneziumla zəngin qidalar arasında ispanaq, brokkoli və kələmin yer aldığını vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin