Masallıda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 18 yaşlı gənc həyatını itirib.
Bizim.Media xəbər verir ki, hadisə gecə saatlarında Masallı şəhərinin Seybətin küçəsində qeydə alınıb.
İlkin məlumata görə, Masallı rayon sakini Məsləhət Cabbarovun idarə etdiyi “BMW” markalı avtomobil Lənkəran rayon sakini Amid Məmmədzadənin idarə etdiyi “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Qəza nəticəsində M. Cabbarov ağır bədən xəsarətləri alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu






































































































