Nazir: Azad edilmiş ərazilərin geniş kənd təsərrüfatı potensialı var

Hazırda oxunan: Nazir: Azad edilmiş ərazilərin geniş kənd təsərrüfatı potensialı var

598038

Bu gün Azərbaycanla İsrail arasında əlaqələr çox yüksək səviyyədədir və kənd təsərrüfatı sahəsində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur.

Bunu Azərbaycan-İsrail İnnovasiya Forumunda çıxışı zamanı kənd təsərrüfatı naziri İnam Kərimov bildirib.

"İşğaldan azad edilmiş ərazilərin geniş kənd təsərrüfatı potensialı var və azad olunmuş torpaqlar Yaşıl Enerji Zonaları elan edilib. Bu ərazilərdə kənd və şəhərlərin inkişafı “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasına əsaslanacaq və FAO-nun “1000 Rəqəmsal Kənd” Təşəbbüsünə öz töhfəmizi vermiş olacağıq. Bunu nəzərə alaraq, İsrail şirkətləri özlərinin ən qabaqcıl texnologiya və təcrübələrini bizimlə bölüşə bilərlər", - deyə İnam Kərimov vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin