Bir müddət əvvəl metronun "Qara Qarayev" stansiyasının çıxışında böyrək satılmasına dair elanlar vurulub. Bu barədə müxtəlif kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılmış informasiya cəmiyyət arasında narahatlığa səbəb olub.
Moderator.az xəbər verir ki, DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində başqasına məxsus mobil telefon nömrələrini göstərməklə həmin elanları yerləşdirmiş Bakı şəhər sakinləri, 1997-ci il təvəllüdlü M.İ və 1995-ci il təvəllüdlü E.E saxlanılıb.
Araşdırma zamanı onlar böyrəklərini satmaq fikrində olmadıqlarını, guya vətəndaşlarla zarafat etdiklərini və cəmiyyətin buna reaksiyasını öyrənmək niyyətində olduqlarını bildirib.
Həmin şəxslər əməllərindən səmimi peşimançılıq keçirmiş, etdikləri hərəkətlərə görə üzr istəyib.





































































































