Nurçular İlham Əliyevə məktub yazdılar

Hazırda oxunan: Nurçular İlham Əliyevə məktub yazdılar

47435
Nurçular Yasamal rayonunda yerləşən Eldəniz Balamət oğlu Hacıyevin evində “Nurçuluq” dini təriqətinin “sunqurçular” cərəyanı adı altında keçirilən yığınacaqla əlaqədar olaraq prezident İlham Əliyevə şikayət məktubu yazıblar. 
Moderator.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, məktubda qeyd olunub ki, nurçular həmin gün Eldəniz Balamət oğlunun bacısının ərinin dəfn mərasiminə yığışıblar.
Xatırladaq ki, bir neçə ay öncə “Nurçuluq” dini təriqətinin “sunqurçular” cərəyanı adı altında 41 nəfərin iştirakı ilə yığıncaq keçirilməsi müəyyən edilib. 
Daxili İşlər Nazirliyindən bildiriblər ki, Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 12-də X.Mustafayev küçəsində yaşayan Eldəniz Hacıyevin evində “Nurçuluq” dini təriqətinin “sunqurçular” cərəyanı adı altında 41 nəfərin (onlardan 2-si azyaşlı) iştirakı ilə yığıncaq keçirilməsi müəyyən edilib.

E.Hacıyevin evinə baxış zamanı təbliği və yayılması qanunla qadağan olunmuş dini ədəbiyyat, kompyuter avadanlıqları, mobil telefonlar, 2200 ABŞ dolları, 286 manat və orada olan şəxslərə məxsus ümumvətəndaş pasportları aşkar edilərək götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin