İki ayın əsgəri dünyasını dəyişdi

Hazırda oxunan: İki ayın əsgəri dünyasını dəyişdi

39103
Daxili Qoşunların əsgəri dünyasını dəyişib. APA-nın məlumatına görə, hadisə Daxili Qoşunların Sumqayıtda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 18 yaşlı Rəhman Tacik oğlu Mirməmmədov xidmətdə olarkən qəflətən yıxılıb. Təcilli yardım ilə xəstəxanaya aparılan əsgər yolda dünyasını dəyişib.
 
Əsgərin ölümünün səbəblərini müəyyənləşdirməkdən ötrü ekspertiza təyin edilib.
 
Daxili Qoşunların mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Faktla bağlı araşdırma aparılır.
 
Qeyd edək ki, R. Mirməmmədov bu ilin oktyabrında Şəmkir rayonundan həqiqi hərbi xidmətə çağırılıb. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin