Bakı meri Hacıbala Abutalıbovun vəzifəsindən uzaqlaşdırılacağı barədə xəbərlər yayılıb. Qeyd edək ki, hələ seçkidən öncə vəzifəsindən uzaqlaşdırılacağı haqda məlumatlar yayılsa da Hacıbala Abutalıbov öz postunu qoruyub saxlaya bildi. Bu günlərdə isə Bakı merinin yenidən vəzifəsindən uzaqlaşdırılacağə haqda informasiyalar dövrüyəyə buraxıldı. Həmin məlumatlarda deyilir ki, yaxın vaxtlarda Abutalıbov vəzifəsini tərk edəcək və onun yerinə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı olan Zakir Fərəcov təyin olunacaq.
Avropa.info-nun məlumatlı mənbədən əldə etdiyi məlumata görə, Hacıbala Abutalıbovun vəzifəsindən uzaqlaşdırılması məsələsi həqiqətən də hakimiyyətin gündəmindədir. Mənbənin dediyin görə, sadəcə uzun illərdir Bakı meri vəzifəsində çalışan Abutalıbovun seçkidən öncə vəzifəsindən uzaqlaşdırılması planları olsa da, sonradan bu proses seçkidən sonraya saxlanılıb. daha tez "vurulması" üçün rəqibləri müxtəlif vasitələrdən istifadə edirlər.
"İndi Hacıbala Abutalıbovun rəqibləri onun daha tez "vurulması" üçün rəqibləri müxtəlif vasitələrdən istifadə edirlər. Onun oğlunun guya, az qala bütün Bakını zəbt etməsi haqda məlumatlar dövrüyəyə buraxılır. Əsilində idə, Abutalıbovun oğlunun Bakı şəhərində Həsən Əliyev küçəsində yerləşən çay evindən başqa heç bir obyekti yoxdur."
Mənbə bildirir ki, son günlər Hacıbala Abutalıbovun yerinə təyin olunacaq namizədlərin arasında Abşeron Rayon İcra Hakimiyyətinin başçısı olan Zakir Fərəcovun da adının çəkilməsi maraq doğurur.
"Zakir Fərəcov icra başçıları arasında o qədər də normal imicə malik məmur deyil. Onun adı indiyədək bir sıra qalmaqallarda hallanıb. Həmçinin Zakir Fərəcovun adı mətbuatda mənfi mənada ən çox adı hallanan icra başçılarının siyahısındadır."
Mənbənin dediyinə görə, Bakı meri postuna ən iddialı namizəd Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovdur .
" Xarakter baxımından qəddar adam sayılan X.İsgəndərov H.Abutalıbovun son 13 ildə meriyada yaratdığı qruplaşmanı dağıtmağa gücü çatacaq ən münasib namizəd sayılır. Xaləddin İsgəndərovun son dövürlər icra başçısı olduğu rayonda apardığı abadlıq işlər aparması , əhali ilə mütəmadi görüşlər keçirməsi və gördüyü işlərin mətbuatda yayılmasında maraqlı olması ciddi mətləblərdən xəbər verir."
Mənbə qeyd edir ki, "Bakı klanı"nın namizədi sayılan Xaləddin İsgəndərovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olamağa çox yaxındır.
"Lakin, prezident İlham Əliyevin heç kimin gözləmədiyi halda Zakir Həsənovu Müdafiə Naziri təyin etməsi göstərdi ki, indi kimin hansı vəzifəyə təyin olunmasını söyləmək çətindir. Bu kimi məsələlər prezidentin sərəncamından sonra bəlli olur."
































































































