Moderator.az-a
müsahibə verən AVP sədri , millət vəkili
Fəzail Ağamalı son günlər cəmiyyətdə ən çox müzakirə olunan iqtidar-müxalifət
dialoquna toxunub. Millət vəkili prezidentin
redaktorlarla görüşdə verdiyi mesaja müxalifətdən cavab gözlədiyini və
onların İlham Əliyevin legetimliyini tanıdıqdan sonar dialoqun reallaşa biləcəyini
vurğulayıb.
Moderator.az-a
açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu müxalifət-iqtidar görüşünün baş
tutmasını müxalifətin iqtidarın legetimliyini tanıması anlamına gələcəyini
bildirdi:
Mən hesab etmirəm
ki, İlham Əliyev bu açıqlamanı legetimliyi tanınması üçün verib. Dövlət başçısı
ölkədə mövcud situasiyanın analiz edərək bütün qüvvələrin qarşılıqlı razılaşma əsasında
fəaliyyət göstərməsi üçün bu addımı
atdı. Legetimlik məsələsinə gəldikdə isə,
hesab etmirəm ki, kimsə kiminsə legetimliyini tanımaq üçün hər hansısa
bir formada bəyanat verməlidir. Əgər tərəflər bir-biri ilə bir masa arxasına əyləşib
dialoq yaradacaqsa bu elə tərəflərin bir-birini tanıması anlamına gəlir.”
Xəyal Əzizov






































































































