AMEA-da kadr dəyişiklikləri edildi

Hazırda oxunan: AMEA-da kadr dəyişiklikləri edildi

35356
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun yeni strukturu təsdiqlənib.Moderator.az-ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə , Akademiyanın İctimai və Himanitar Elmlər Bölməsinin rəhbəri Kamal Abdulla Rəyasət Heyətinin bu gün keçirilən iclasında bildirib ki, əvvəl olduğu kimi, institutun yenə də 10 şöbəsi olacaq: “Yeni yaradılan şöbələr müasir tələblərə cavab verir ”.

Bununla yanaşı, Ədəbiyyat İnstitutunda Azərbaycan mühacirət ədəbiyyatı şöbəsi yaradılıb.

İnstitutun şöbələrinə Müasir Azərbaycan dili, Dil tarixi və dialektologiya, Sosial linqvistika və dil siyasəti, Qədim dillər və mədəniyyətlər, Sosio-dilçilik və dil siyasəti, Nəzəri dilçilik, Hind-Avropa dilləri, Monitorinq, Kompüter dilçiliyi, Türk dilləri şöbəsi daxildir.
AMEA prezidentinin müşaviri Rəhim Hüseynovun tutduğu vəzifədə qalmaqla Rəyasət Heyəti Mərkəzi aparatının İnnovasiya şöbəsinin rəisi vəzifəsinə təyin edildiyi açıqlanıb.

Mərkəzi aparatın Beynəlxalq əlaqələr idarəsinin rəisi, professor Ədalət Həsənovun vəzifəsindən azad edildiyi elan olunub. Bu vəzifəyə Geologiya İnstitutunun aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Qulam Babayevin təyin edildiyi bildirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin