Etibar Əliyev: “ Mövcud əməkhaqqı müəllim peşəsinə verilən qiymətdir”

Hazırda oxunan: Etibar Əliyev: “ Mövcud əməkhaqqı müəllim peşəsinə verilən qiymətdir”

34844

Bildiyimiz kimi bu gün Azərbaycanda müəllimlər günü qeyd olunmaqdadır. Maraqlıdır, ölkəmizdə bu şərəfli peşəyə yetərincə qiymət verilirmi?

Moderator.az-a açıqlama verən təhsil eksperti Etibar Əliyevin sözlərinə görə, bu gün ölkəmizdə müəllimlərə olan diqqət istənilən səviyyədə deyil.

“Təhsil ekspertlərini 2 yerə bölmək olar. İqtidar yönümlü və müstəqil. İqtidaryönümlü ekspertlərin sözlərinə görə, müəllimlərin maaşı artacağı halda ölkədə infilyasiya baş verə bilər. Biz, müstəqil ekspertlərin fikrincə isə, müəllimlərin maaşını  4 dəfə artırmaq mümkündür. Mövcud əməkhaqqı müəllimin  nüfuz və peşəsinə verilən qiymətdir. Bu gün Azərbaycan müəllimi Afrika ölkəsi olan Tunis müəllimindən 6 dəfə, Cənubi Koreya müəllimindən isə, 20 dəfə az maaş alır. Hesab edirəm ki, müəllimlərin əməkhaqqı ən azı 2 dəfə yüksəldilməlidir”

Xəyal Əzizov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin