Rauf Arifoğlu: "Mən fikirlərimi öz qəzetimdə yayınlayıram"

Hazırda oxunan: Rauf Arifoğlu: "Mən fikirlərimi öz qəzetimdə yayınlayıram"

32617


"Mənim adımdan bəzi adını çəkmək istəmədiyim media quruluşlarında AXCP, onun liderinə və jurnalist Pərviz Həşimliyə, həmçinin guya onları maliyyələşdirən bir sıra vəzifəli məmurlara qarşı ifadələr əks olunan açıqlamalar yayılıb. Bildirirəm ki, bunların hamısı uydurmadır. Mən öz fikirlərimi əsasən öz qəzetimdə yayınlayıram. Son vaxtlar kənar media quruluşlarından yalnız APA-ya geniş müsahibə vermişəm. Başqa müsahibə və açıqlamalar mənə məxsus deyil". 


Qeyd edək ki, əxlaqsız və şantajçı kimi tanınan saytların birində Yuxarıda adı çəkilən şəxslər barədə qeyri ciddi məlumat yayılıb. Öz növbəsində jurnalist Pərviz Həşimli  saytımıza bildirib ki, pornaqrafiya ilə  məşğul  olan bir qrup reket  jurnalistin yazdıqları  onların əxlaqsız və şərəfsiz olduğunu göstərir:  “Kimliklərini, ünvanlarını gizlədən o, adamların fahişədən heç bir fərqi yoxdur. Onları öyrədənlər isə fahişə başçılarıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin