I və IV ixtisas qrupları üzrə yay qəbul imtahanları 23 iyunda keçiriləcək.
Moderator.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.
II və III ixtisas qrupu üzrə imtahanlar isə iyulun 7-də baş tutacaq.
Xatırladaq ki,xa0 yay qəbul imtahanlarına ərizə qəbulu iyunun 12-dək davam edəcək.



































































































