Sumqayıt bulvarının ərazisi şimala doğru 1 kilometr uzadılır...

Hazırda oxunan: Sumqayıt bulvarının ərazisi şimala doğru 1 kilometr uzadılır...

269777
Moderator.az xəbər verir ki, Sumqayıt bulvarının ərazisi şimala doğru 1 kilometr uzadılır.
Hazırda 106 hektar olan bulvarın ərazisi daha 32 hektar genişləndirilir.
Ərazidə uşaqların mənalı istirahətini təmin etmək məqsədilə uşaq əyləncə mərkəzlərinin, fəvvarənin, müxtəlif attraksionların quraşdırılması nəzərdə tutulub.
Yeni ərazidə restoranlar tikiləcək, çimərlik zonası salınacaq, 292 ədəd istirahət otaqlarının da inşa edilməsi planlaşdırılır.
Bununla yanaşı genişləndirilən ərazidə 40 min kvadratmetr gəzinti zolağı, 16 metr enində yol və yaşıllıq zolağı salınacaq. Bu yol Səməd Vurğun küçəsinə birləşdiriləcək.
Bulvarın ərazisi genişləndirilən ikinci hissəsi bu ilin noyabr ayında əhalinin istifadəsinə veriləcək.
Xatırladaq ki, ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olan Sumqayıt bulvarı 2016-cı ildə salınıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin