"Azəriqaz"dan yeni ev tikənlərə xəbərdarlıq - VİDEO

Hazırda oxunan: "Azəriqaz"dan yeni ev tikənlərə xəbərdarlıq - VİDEO

253756
Yeni salınan massivlərin qazlaşdırılması ya dövlət hesabına, ya da vətəndaşlar ASAN Xidmət, ASAN Kommunal-a müraciət etməklə öz vəsaitləri hesabına həyata keçirilə bilir.

Bunu Real Tv-yə müsahibəsində “Azəriqaz” İB-nin yeni qazlaşma və inkişaf şöbəsinin müdiri Teymur Cəfərov dedi.

Onun sözlərinə görə, 2019-cu ildə yeni yaşayış massivlərinin qazlaşdırılması nəzərdə tutulub.

“Yeni massivlər böyük əraziləri əhatə edir. Ona görə qazlaşdırma işlərinin tədricən həyata keçirilməsi planlaşdırılır. Vətəndaşlar öz hesabına da həyata keçirə bilər. Heç bir məhdudiyyət qoyulmur”, - Teymur Cəfərov bildirdi.

O qeyd etdi ki, vətəndaşlar aldanmamaq üçün podratçı seçərkən lisenziya tələb etməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin