ADU-da “Kamança” pyesi səhnələşdirildi -FOTOLAR

Hazırda oxunan: ADU-da “Kamança” pyesi səhnələşdirildi -FOTOLAR

248109

Noyabrın 20-də Azərbaycan Dillər Universitetində (ADU) görkəmli yazıçı, dramaturq Cəlil Məmmədquluzadənin “Kamança” pyesi səhnələşdirilib. Səadət Nəbiyevanın rejissorluğu ilə baş tutan tamaşa universitetin tələbələri tərəfindən ingilis dilində təqdim olunub.

ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla çıxış edərək pyesin universitetin Tərcümə və mədəniyyətşünaslıq, Filologiya və jurnalistika fakültələrinin təşəbbüsü əsasında səhnələşdirildiyini bildirib. O, əlavə edib ki, tələbələrin belə bir əsəri hazırlaması onların potensialının yüksək səviyyədə olmasının göstəricisidir. Daha sonra rektor səhnələşdirilən əsər barədə danışıb: “Kamança pyesi” xalqımızın tolerantlığını və multikultural mahiyyətini üzə çıxaran bir əsərdir. Bu əsərdə xalqımızın dəyanətli və rəhmli olması dünyaya nümayiş olunur”. Rektor sonra tamaşanın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Tamaşa başa çatdıqdan sonra universitetin tələbələri Azərbaycanın multikulturalizm modeli haqqında müxtəlif dillərdə çıxış ediblər, eyni zamanda ölkə prezidenti İlham Əliyevin multikulturalizmlə bağlı nitqi nümayiş olunub

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin