Səfərə İzmitin Körfəz bələdiyyəsinin nümayəndə heyətinin tərkibində qatılıb. İzmit və Körfəz bələdiyyələrinin rəhbərlərinə bu səfərlərə, Azərbaycan, Qarabağ adına gördükləri işlərə görə təşəkkür edirik. Bilal bəy illərdi Türkiyə Azırbaycan Dərnəkləri Federasyonunun başqanı kimi Azəbaycan üçün mücadilə verir, çox işlər görür. İzmitdə "Azərbaycanın Səsi" dərgisini nəşr etdirir, Azərbaycan Mədəniyyət Mərkəzinə rəhbərlik edir, Azərbaycanlı tələbələri diqqət və qayğısında saxlayır, yorulmadan Qarabağ həqiqətlərini təbliğ edir, Bilal bəyin İzmitdə yaratdığı "Xocalı soyqırımi" muzeyinin hec bir yerdə anoloqu yoxdu.xa0
O , Azərbaycan, Qarabağ adına parkların, abidələrin açilmasına təşəbbüslər edib, nail olub. Bilal xocamız, başqanımızla Türkiyədə , Azərbaycanda hər dəfə görüşmək bizim üçün çox xoşdu. Bu böyük kişinin zəhmətinə dəyər verməli , gözümüz üstündə saxlamalıyıq. Bəzən bəzi məmurlardan incik danışır. Olmaz, bu cür kişiləri incitmək olmaz. Bu kişini incitmək yox, qədrini bilmək lazımdı.


































































































