"Əgər o, yenidən səfil həyatına qayıdacaqsa, bu, şəxsi istəyinin nəticəsi olacaq"

Hazırda oxunan: "Əgər o, yenidən səfil həyatına qayıdacaqsa, bu, şəxsi istəyinin nəticəsi olacaq"

237976
Hörmətli media nümayəndələri və facebook istifadəçiləri,

Yəqin yadınızdadır, ailəsi tərəfindən tərk edilmiş və səfil həyatı yaşayan Akif Əliyevi ötən ayın sonunda nazirliyin sosial sığınacağına aparmazdan əvvəl müalicə üçün xəstəxanaya yerləşdirilmişdi.

Müalicə kursu başa çatan və səhhətində müsbət dönüş yaranan A.Əliyev nazirlik əməkdaşları tərəfindən xəstəxanadan çıxarılaraq sosial sığınacağa aparılıb.
Lakin sığınacağa çatarkən o, burada yaşamaq istəmədiyini qəti şəkildə bildirərək, əvvəllər Nərimanov rayonu ərazisində kirayədə yaşadığı evə aparılmasını tələb edib. Nə qədər söhbət aparılsa da, o yenidən israrla həmin kirayə qaldığı mənzildə yaşamaq istədiyini bildirib. Dediyi ünvana aparılsa da, Akif Əliyev yaşadığı evə qədər müşayət edilməsini istəməyib və bundan sonra özü öz həyatını normal qaydada davam edəcəyini deyib.

Biz ona bütün mümkün dəstəyi verməyə çalışdıq, lakin əgər o, yenidən səfil həyatına qayıdacaqsa, deməli, belə həyat tərzi onun real durumunun yox, sadəcə şəxsi istəyinin nəticəsi olacaq.

Fazil Talıbov,xa0
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin