İyun ayının 2-si mülki aviasiya işçilərinin peşə bayramıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 may 2006-cı il tarixli Sərəncamı ilə hər il iyun ayının 2-si (1938-ci ildə Azərbaycanda ilk aviasiya qrupunun yaradıldığı gün) günü kimi qeyd edilir.
Mülki aviatorlarımız I Qarabağ müharibəsində baş vermiş döyüşlərdə, xüsusilə 1993-cü ilin mart-aprel aylarında Kəlbəcər rayonunun 60 minlik əhalisinin soyqırım təhlühəsindən xilasında da böyük fədakarlıqları ilə yadda qalmışdırlar.xa0
1993-cü ilin martında - Kəlbəcər döyüşlərinin ən qızğın vaxtlarında əhalinin bir hissəsini təxliyyə edilməsini həyata keçirə biləcək mülki aviasiya idi. Onlar hərbi helikopterlərin mühafizəsi altında dağ yolları ilə hərəkət edə bilməyən əhalinin ən zəif hissəsini (beş minədək uşaq, qoca və qadın) xilas ediblər.xa0

Bu pilotlarımız üçün olduqca həyəcanlı və məsuliyyətli bir prosses idi. Çünki minlərlə insanın taleyi onlardan asılı idi.xa0
1993-cü il mart ayının 31-dən Kəlbəcər əhalisinin təxliyyəsi zamanı əhalinin təxliyyəsi Azərbaycan dövləti üçün həyati əhəmiyyətli rol oynayırdı.
Təxliyə Kəlbəcər-Yevlax istiqamətlərində həyata keçirilirdi. Bu işə 25 Mİ-8 və 16 Mİ-2 helikopterləri cəlb olunmuşdur. Ümumilikdə 13-14 helikopter əhalinin təxliyyəsinə cəlb olunmuşdur. Bir helikopter havaya qalxanxa0 kimi digəri gözləyən insanları götürmək üçün yerə eniş edirdi. Helikopterin çəkisini azaltmaq və daha çox insanın daşınmasına şərait yaratmaq məqsədi ilə minimum yanacaqxa0 götürülürdü. Helikopterin tutumu 24 nəfər üçün nəzərdə tutulmasına baxmayaraq birdəfəyə maksimum 70 nəfər daşınırdı.xa0

Helikopterlər düşmənin atəşi altında öz xilaskar missiyasını həyata keçirirdi. Belə uçuşlar zamanı açılan atəşlər nəticəsində helikopterin içində insanlar həlak olurdu.
Helikopterlərin demək olar ki, hamısındaxa0 güllə deşikləri vardı. Sonuncu reysi 1993-cü il aprelin 2-də həyata keçirilmiş və orta hesabla 5 minə yaxın insan xilas edilmişdir.
Qeyd etmək lazımdır ki, 1993-cü ilin mart-aprel aylarında Kəlbəcər rayon əhalisinin təxliyyəsi zamanı ümumilikdəxa0 10 helikopterçimizxa0 - Kazım Abbasov, Çingiz Zeynalov, Mirməmməd Ağayev, Xanlar Səttarov, Hüseyncan Əzimov, Tahir Həsənov, Bəhlul Zülfiqarov, Ramiz Xocayev, Xəlil Soltanov, mayor Radik Maksimov, Georgi Kalyanenov, Yuri Paxnov iştirak etmişdir və 5 min əhalinin xilasında böyük fədakarlıqları ilə göstərmişdir.xa0
Biz də öz növbəmizdə bu əlamətdar gün münasibəti ilə Azərbaycanın bütün aviatorlarını təbrik edir, onlara aydın səma, hava nəqliyyatının təhlükəsiz və səmərəli istismarında daha böyük nailiyyətlər arzulayırıq.
Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilərxa0
İctimai Birliyinin sədri,xa0e.o.polkovnik Əzizağa Qəni-zadə






































































































