Ana Vətən Partiyasının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirləri davam edir.
18 may 2018-ci il tarixində bir qrup ana vətənçi gənc Cümhuriyyətin 100 illiyi ilə əlaqədar olaraq Azərbaycan İstiqlal Muzeyinə ekskursiya təşkil etmişlər.
Muzeydə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, onun fəaliyyəti, əldə etdiyi siyasi uğurları, cümhuriyyət qurucuları, tarixi faktlar, müxtəlif sənəd və fotoşəkillərlə tanış olmuşlar.
Sonra gənc anavətənçilərin şəhər gəzintisi təşkil olunmuşdur.






































































































