QAT üzvləri təltif olundu

Hazırda oxunan: QAT üzvləri təltif olundu

225142
Qarabağ Azadlıq Təşkilatının (QAT) Tərtər şöbəsinin sədri Babək Sadıqov və sədr müavini Elmir Səfərov Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin təsis etdiyi “Vətən naminə” medalı ilə təltif olunublar. Onlar bu şərəfə cəbhə bölgəsində hərbi hissələrə daim mənəvi dəstək verdiklərinə, əsgərlərlə birgə olduqlarına, şəxsi heyətin içərisində vətənpərvərlik tərbiyəsi işi apardıqlarına görə layiq görülüblər.xa0
Babək Sadıqov Qarabağ müharibəsində fəal iştirak edib, sonralar polis və gömrük sistemlərində çalışıb, həmişə xeyirxahlığı, xeyriyyəçiliyi ilə seçilib. Babək bəy həm də kökünə bağlı insandı, 1905-1906-cı illərdə erməni quldur dəstələrinə qarşı döyüşlərdə fəal iştirak etmiş Əsgərxan bəyin nəvəsidir. Necə deyərlər, “ot kökü üstündə bitər.” Yeri gəlmişkən, sabiq daxili işlər naziri, general İsgəndər Həmidov da həmin nəsildəndir. Əsgərxan bəy 1906-cı ilin yanvarındaxa0 M.S. Ordubadinin “1905-Qanlı illər” kitabında əks etdirdiyi Papravənd döyüşünə Tərtərdən böyük dəstənin başında köməyə gəlmişdi. Elmir Səfərov gənc yaşlarından Qarabağ hərəkatının ön sıralarında gedir, fədakarlıqla çalışır, müəllim kimi vətənpərvər gəncliyin yetişdirilməsində yorulmadan çalışır. Babək Sadıqov və Elmir Səfərov 2016-cı il Aprel döyüşləri zamanı da xüsusi fəallıq göstərmiş, əsgərlərə dəstək vermiş, Ordumuzun yanında olmuş, yaralı əsgərlərə dəfələrlə baş çəkmiş, Vətən, torpaq naminə əllərindən gələni etmişlər.xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin