“Yaqub Məmmədov İsgəndər Həmidova: “Bu dəqiqə Rəhim Qazıyev Mütəllibovla danışıq aparır...”

Hazırda oxunan: “Yaqub Məmmədov İsgəndər Həmidova: “Bu dəqiqə Rəhim Qazıyev Mütəllibovla danışıq aparır...”

216551
26 il öncə bu günlərdə Azərbaycan öz taleyinin ənxa0 təlatümlü məqamlarını yaşayırdı. Xocalı kimi dəhşətli soyqırımından sonra ölkənin siyasi və hərbi meydanında xaotik proseslər gedirdi. Ancaq “xaosdan düzənə” pinsipi ilə dünyanı idarə etməyə çalışanlar işğalçı Ermənistan,xa0 terrorçu erməni təşkilatlarının və daxildəki hakimiyyət aşiqlərinin əli ilə prosesləri özlərinə sərf edən məcraya yönəldirdilər. Həmin günlər ölkənin siyasixa0 idarəçiliyi, demək olar ki, əsasən AXC və onun təsiri altında olan -1991-ci ilin payızında Ali Sovetdə yaradılmış Milli Şura, “demblok” vasitəsilə yönləndirilirdi.xa0 Bu qurumun iclaslarında elə maraqlı, həlledici məqamlar, çıxışlar var ki, onlar bu günkü proseslərdə də öz təsir gücünü qoruyub saxlayır...xa0 1991-1992-ci illərdə Milli Şuranın parlamentdəki əksər iclaslarında iştirak etmişxa0 deputat Maksim Musayevin “Milli Şura (10.1991- 05.1992) parlamenti” kitabındakı xronika əsasındaxa0 1992-ci il martın 3-dənxa0 mayın 18-dək, yəni Laçının işğal olunduğu və AXC-nin hakimiyyətə tam yiyələndiyixa0 bir günədək Ali Sovetdə baş verənlərin ən maraqlı məqamlarını diqqətinizə çatdırır.

(Xronikanın əvvəlki hissələri üçün bu linkə baxın: //www.moderator.az/news/216422.html)

“...Alixa0 Sovetin sədrini əvəz edən Ziyad Səmədzadə Yaqub Məmmədovu sədrlik kürsüsünə dəvət etmək istərkən “demblokçu”lardan biri çıxışa başladı və dedi:”Prezident məsələləri ləngidir və süründürür ki, ordu yaranmasın, biz MDB-yə gedək. O, Qarabağ məsələsini həll edə bilmədiyi üçün çıxsın dursun kənarda. Onun çıxışı bitdikdə Z.Səmədzadə yenə də Y.Məmmədovu sədrlik kürsüsünə dəvət etdi. Lakin mikrofondan çıxış edənlər “Prezident Konstitusiyanı pozduğuna görə istefa verməlidir”, “Siyasət meydanına gəldiyin kimi o meydandan getməyi də bacarmalısan”, “Ali Soveti, Prezidenti, hökuməti, deputatları məhbus ediriksə, düşmən sevinəcək”, “Belə qarmaqarışıqlıq salınsa, xalqı xilas edib Qarabağı qoruya bilməyəcəyik”, “Prezident bizi çevriliş etməkdə təqsirləndirdi, o, xalqa növbəti xəyanət etdi, əgər siz onu müdafiə edirsinzisə, mən Etibar Məmmədov öz deputat mandatımı təhvil verirəm”, “Milli Şura istefa verməlidir”, “Naxçıvan məsələsi həll edilmir və böyüyür”,”12 saatdır ki çöldə camaat ayaq üstədi, dözə bilmirlər, deyirlər: pul veriblər, ona görə dayanıblar- şəxsən buna dözmək olmur”, “Prezidentin ətrafındakılar zəif adamlardır, Qarabağ probleminin həllinə kömək etmək istəmirlər”,”Xalqı düşünün, vəzifə davasını kənara qoyun” və s. fikirlər söylədilər.xa0


Deputat Cahangir Hüseynov Heydər Əliyevi nəzərdə tutaraq dedi:” Biz bu binanı tikən oğlanı niyə özümüzə düşmən eləmişik? Gəlsin, otursun, iştirak eləsin, biz də ona baxaq, hamımızdan böyükdür, burada nöqsan olmaz...”

Tofiq Qasımov bildirdi ki, biz Rusiya ilə birləşməyə, iqtisadi müqaviləyə qol çəkməyə, rusla eyni pul vahidimizin olması ilə,xa0 MDB-yə girməklə, rusla vahid ordumuzun olması ilə, sərhədlərimizi rusların qoruması ilə, xalqımızı ruslara tapşırmaqla razılaşmırıq. Belə siyasətlə müstəqil olmaq mümkün deyil, Prezident toxunulmazlıq hüququna malikdir, lakin o, Konstitusiyanı pozduğu halda yalnız Ali Sovet tərəfindən vəzifədən götürülə bilər. Qarabağın dağlıq hissəsi əlimizdən gedib, indi aran hissəsi gedir..”

Yenə də mikrofonlardan çıxış edən deputatlarxa0 müxtəlif fikirlər söyləməyə başladılar:”Prezident üsul-idarəsi ləğv edilsin”, “Yaqub Məmmədovun öz postunu qoyub getməsi ona yaraşmır”, “Ayaz Mütəllibov deyir ki, mənim qazım sizinkindən çoxdur. Əgər elədirsə, onda niyə Qarabağda 54 yaşayış məntəqəsindən biri qalıb?”.”Prezident getmirsə, onun komandası kişilik edib istefa versin” və s. Sonra deputatlardan biri təklif etdi ki, Y.Məmmədov sədr kürsüsünü tutsun və zaldakılar bu fikri alqışladılar. Y. Məmmədov qısa çıxış etdikdən sonra istefasını geri götürdü və iclasa sədrlik etməyə başladı.xa0


Dərhal 4-cü mikrofondan çxış edən İsgəndər Həmidov Prezidentin istefasının səsə qoyulmasını Y. Məmmədovdan tələb etdi. Y.Məmmədov ona bildirdi ki, Rəhim Qazıyev bu dəqiqə qonşu otaqda Ayaz Mütəllibovla istefa barədə danışıq aparır. Söhbətin nəticəsi bilinəndən sonra istefa məsələsi səsə qoyular.

Artıq fasilə idi. Bütün deputatlar Prezidentin qərarını səbirsizlikə gözləyirdilər. Məsələ uzandığı üçün deputatarın bir çoxu zaldan çıxsa da, biz, bir neçə deputat zalda ələşib qəzet oxyurduq. Bu vaxt Prezident Aparatı binasını mühafizə dəstəsindən bir serjant zala girib birgə dayanan Rəhim Qazıyev, Bəxtiyar Vahabzadə, Allahşükür Paşazadəyə dedi:”Şəhərin bir çox metro stansiylarının giriş və çıxışlarında rusları öldürürlər”. O xeyli rus qadın və uşaqlarınınxa0 meyitini öz gözləri ilə gördüyünü bildirdi. Bunu eşidən Rəhim Qazıyev və digərləri həmin serjantı iclas zalının arxasındakıxa0 qonşu otağa, Prezidentin yanına apardılar ki, o, milisin dediyini öz qulağıyla eşitsin...xa0

Verilən bu xəbərdən az keçməmişdi ki, deputatları zala yığdılar, iclas davam etdi və Prezident A. Mütəllibov çıxışa başladı...

(Maksim Musayev, “Milli Şura parlamenti”, Bakı, 2001. səh. 85-87)xa0xa0

(Davamı var)

Sultan Laçınxa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin