Xalq artisti atasının dəfninə gələ bilmədi -"Qastrol səfərindəyəm"

Hazırda oxunan: Xalq artisti atasının dəfninə gələ bilmədi -"Qastrol səfərindəyəm"

216056

Bu hadisə bizim üçün gözlənilməz oldu, atam infarkt nəticəsində vəfat edib.

Moderator.az xəbər verir ki, bu sözləri xalq artısti Gülyanaq Məmmədova atasının dünyasını dəyişməsi ilə bağlı Publika.az-a açıqlamasında deyib. Xalq artisti bildirib ki, atası Şəkidə, doğulub boya başa çatdığı doğma yurdunda dəfn olunacaq.

O, həmçinin dəfndə iştirak etməməsinə də aydınlıq gətirib:

“Hazırda Azərbaycanda deyiləm, xaricdə qastrol səfərindəyəm. Çox təəssüf edirəm ki, dəfn mərasimində iştirak edə bilmədim. Zəng edib başsağlığı verən hər kəsə təşəkkür edirəm”.

Xalq artisti atası haqqında təəssüratlarını bölüşüb:

“Çox yaxşı insan idi, heç kimin xətrinə dəyməzdi. Yeganə təsəllim odur ki, atam çox gözəl və xoşbəxt ömür sürüb. Şükürlər olsun ki, övlad dağı görməyib, uşaqların daim ətrafında olub, qayğısına qalan həyat yoldaşı olub”.

Qeyd edək ki, xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovaların atası Zakir Məmmədov martın 4-də 84 yaşında dünyasını dəyişib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin