Moderator.az Azərbaycan Cümhuriyyətinin yüzillik yubileyi ilə bağlı materiallarına davam edir. Artıq 28 May tarixinə-Cümhuriyyətin yüz yaşının tamamına çox az vaxt qalıb.xa0 Bir neçə aydır ki, həm AXC-100, həm də “Xalq Cümhuriyyəti” ili əsnasında müəyyən işlər görülür. Bəs, mətbuat necə, bu işin öhdəsindən nə dərəcədə gəlir?
Qəzet, sayt, xəbər portalları və televiziyadan hansı birisi, hansı media vasitəsixa0 Cümhuriyyət mövzusuna daha çox yer ayırır?
“Şərq” qəzetinin baş redaktoru, mətbuat tarixçisi Akif Aşırlının Moderator.az-ın bu sualına verdiyi cavab çox maraqlı oldu:
“Cümhuriyyətin yüzillik yubileyinin tamamına bir neçə ay qalıb. Amma bu il “Xalq Cümhuriyyəti” ilidir və ilin sonuna qədər bu istiqamətdə görüləcək işlər davam etdiriləcək. Lakin mən arzu edərdim ki, təkcə 201-ci ildə yox, eləcə də, bütün bundan sonrakı illərdə də Cümhuriyyət yüksək səviyyədə xatırlansın.xa0
Hesab edirəm ki, televiziyalar bu məsələlərə çox da geniş yer ayırmır. Buna çox təəssüf edirəm. Bir-iki dəfə baxdım ki, Aztv-də nəsə var, amma özəl televiziyalar bu məsələlərdə həssas deyillər. Amma sayt və qəzetlər Cümhuriyyətin yüzilliyi ilə bağlı müəyyən mənada işlər görürlər. Ayrı-ayrı Cümhuriyyət qəhrəmanlarının həyat və fəaliyyəti ilə bağlı materiallar verir, eləcə də müxtəlif üsullarla bu məsələni gündəmdə saxlayırlar. Televiziyalarımız isə təəssüf ki, bu mövzuya diqqət yönəltmirlər. Onları əsas qayğılandıran şou-biznesdi. Hesab edirlər ki, onunla auiditoriyalarını formalaşdırıblar. Birdən bu mövzuya aid nəsə verib, Cümhuriyyət məsələlərinə toxunarlarsa, onların auditoriyaları, reklam gəlirləri azala bilər. Bu, çox səhv yanaşmadı. Hesab edirəm ki, istənilən televiziyada Cümhuriyyətə aid veriliş versələr, Azərbaycan cəmiyyəti ona baxmağa borcludur.
Düşünürəm ki, Moderator.az, Modern.az və Teleqraf. com saytlarında Cümhuriyyət mövzularına dava çox yer verilir. Bu saytlarda Cümhuriyyətlə bağlı görülən işləri izləyirəm. Görünür, bu saytların başında duran insanlar o dövrü daha düzgün dərk edir və töhfə verməyə çalışırlar. Amma digər saytlarda bunu görmürəm, yalan nə deyim ki?!”
Elmin Nuri


































































































