UFAZ-da payız-qış imtahan sessiyasının yekunu ilə bağlı müəllimlərlə görüş keçirildi

Hazırda oxunan: UFAZ-da payız-qış imtahan sessiyasının yekunu ilə bağlı müəllimlərlə görüş keçirildi

210786

Fevralın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) payız-qış imtahan sessiyasının yekunu ilə bağlı işçi heyəti ilə görüş keçirib.

Görüşdə imtahanların gedişatı, nəticələri barədə rektor, prof. Mustafa Babanlıya ətraflı məlumat verilib. Rektor M.Babanlı gələcəkdə UFAZ-da görülməsi planlaşdırılan işlər haqqında əməkdaşlara məlumat verib, tədris prosesi ilə bağlı onların fikirlərini öyrənib.

Qeyd edək ki, yanvarın 17-də start götürən payız-qış imtahan sessiyasında UFAZ-ın I və II kurs üzrə təhsil alan 284 tələbəsi iştirak edib. İmtahanlar Strasburq Universitetinin qaydalarına müvafiq təşkil edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin