"Belə qənaət hasil olur ki, cinayətkar aləmin KİV-də havadarları var..."

Hazırda oxunan: "Belə qənaət hasil olur ki, cinayətkar aləmin KİV-də havadarları var..."

196516
Moderator.az xəbər verir ki, “Polisə Dəstək”x9d İctimai Birliyi 25 oktyabr 2017-ci il tarixdə idarə heyətinin növbəti iclasında bəyanat qəbul edib.

Bəyanatda deyilir:

“Son zamanlar ağır və xüsusilə ağır cinayətlərə görə ittihan olunan, “oğru aləminin nüfuzlu şəxslərinin”x9d, kriminal avtoritetlərin təbliğinin eskalasiyası cəmiyyətin narahatlığına səbəb olub.
Cəzasını çəkib azadlığa buraxılan belə subyektlərin azadlıqdakı addımları, getdiyi yerlər, “nüfuzlu kriminalların”x9d müxtəlif profilli şəkilləri saytların və qəzetlərin manşetlərində, xüsusi rubrikalarda vəxa0 xüsusi şriflərlə yer alması, onların yersiz və ictimai xadim səviyyəsində təbliği cəmiyyət üçün yaxşı heç nə vəd etmir. Belə hallar cəmiyyətin müəyyən təbəqəsinin cinayətkarlığa meylini gücləndirir, onlarda kriminallara oxşamaq həvəsi ərsəyə gətirir. Son nəticədəxa0 gənc nəslin müasir dünyanın kriteriyalarına uyğun inkişafına, patriotizm ruhunda tərbiyə və milli ideologiyanın aşılanması işinə ciddi ziyan vurulur.xa0 Saytlarda kriminallar haqqında müxtəlif məzmunlu məqalələrin yer alması, ictimai münasibətlərə zidd əməllərin təbliğixa0 sabitliyin pozulmasına çağırışın başqa cür təzahürüdür. Belə qənaət hasil olur ki,cinayətkar aləmin KİV-də havadarları var...və s.

“Polisə Dəstək”x9d İctimai Birliyi bəyan edir ki, dövlətin cinayətkarılıqla mübarizə siyasətinə dəstək məqsədi ilə, belə mətbu nəşrlərin və elektron saytların məsul şəxsləri ictimai qınağa məruz qalmalı, cəmiyyət üçün arzuolunmaz sübyektlərə xasxa0 təbliğat xarakterli məlumatları yaymamağı tövsiyə etməklə məzəmmət olunmalıdırlar.”x9d

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin