Dünən aprel döyüşlərimizin qəhrəmanlarından olan Ravil Elman oğlu Novruzovun doğum günü ilə bağlı tədbir keçirilib.xa0
Moderator.az -a açıqlama verən Şəhidimizin atası Elman Novruzov tədbirin çox yüksək səviyyədə təşkil edildiyini bildirib:
“Dünən Ravilin doğum günü idi, 31 yaşı tamam oldu. Bu Ravilin Şəhid olmasından sonra ikinci doğum günüdür. Bununla bağlı Ravilin hərbçi yoldaşları bizdə qonaq oldular. Giləzi kəndində Ravil Novruzovun adına Cüdo yarışı keçirildi və qaliblərə Şəhid atası olaraq medalları mən təqdim etdim. Sonra Ravilin məzarını ziyarət etdik. Ravil çox vaxtı doğum günlərində evdə olmurdu. Bir neçə doğum gününü təlimlərdə keçirib. O, evdə olmasa da biz onun doğum günün keçirirdik. Bir neçə gün sonra özü gəlib çıxırdı. Bu diqqət və qayğıya görə əməyi keçən hər kəsə minnətdaram. Sizlərə də minnətdaram ki, bizləri yad edirsiniz”x9d.
Xatırladaq ki, Ravil Novruzov 1986-cı il sentyabrın 5-də Xızı rayonunun Giləzi kəndində anadan olub. Xüsusi Təyinatlı Dəstənin giziri olan Ravil aprel döyüşlərində qəhrəmancasına Şəhid olub. Ölümündən sonra ölkə başçısının sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə”x9d üçüncü dərəcəli medalı ilə təltif edilib. Şəhidimiz aprelin 4-də yaşadığı kəndə böyük izdihamla dəfn edilib. Şəhidimizlə bağlı hazırladığımız geniş reportajımızı da bu linkə daxil olmaqla oxuya bilərsiniz: (//moderator.az/news/158062.html)xa0
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!









Vasif Əlihüseyn




































































































