Ucar-Əlikənd mənzilində 6 km dəmir yolu əsaslı təmir olunur - Fotolar

Hazırda oxunan: Ucar-Əlikənd mənzilində 6 km dəmir yolu əsaslı təmir olunur - Fotolar

176237
Azərbaycan dəmir yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi həyata keçirilir. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.

Bu gün isə Ucar-Əlikənd mənzilində 4 km və Ucar stansiyasında 2 km dəmir yolunun əsaslı təmirinə start verilib.Əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi”x9d MMC-nin kollektivi həyata keçirir. MMC-nin baş mühəndisi İsmayıl Sadıqov bildirib ki, təmir işləri bir həftə davam edəcək.


Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması”x9d layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları”x9d Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL”x9d şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi”“texniki təchizatı və əsaslı təmiri”x9d barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.



Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 271 km dəmir yolu əsaslı təmir olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin