Poeziyamızın günəşi Səməd Vurğun Novruzda dünyaya gəlib.
Bu gün mart ayının 21-də Azərbaycanın dahi şairi Səməd Vurğunun anadan olduğu gündən 111 il keçdi.xa0
Səməd Vurğun Azərbaycan poeziyasını fars və ərəb dilinin zindanından, əsarətindən xa0və təzyiqindən xilas etdi.xa0
Səməd Vurğun Azərbaycan türkcəsində poeziyamızı yaratdı.xa0
Səməd Vurğun Azərbaycan türkcəsində poeziyamızı Azərbaycan poeziyasının, Türk dünyası poeziyasının zirvəsinə yüksəltdi.xa0
Səməd Vurğun Azərbaycan türkcəsindəki poeziyamızı dünya poeziyasının zirvəsinə yüksəltdi.xa0
Səməd Vurğun Azərbaycan türkcəsində poeziyamızı yaradarkən, poeziyamızı zirvələrə yüksəldərkən poeziyanın Azərbaycan türkcəsində möhtəşəm konstruksiyalarını yaratdı.xa0
Səməd Vurğunun Azərbaycan türkcəsində yaratdığı poeziya türkdilli poeziyaların ulduzları içərisində daha parlaq ulduzlardan yaranmış bir kəhkəşan yoludur.xa0
Səməd Vurğun Azərbaycan türkcəsində poeziyamızı yaradarkən dilimizi saflaşdırdı, dilimizi kömürdən qrafitə, qrafitdən almaza, almazdan brilyanta çevirdi. Bu gün xa0fizika və kimya kömürü qrafitə, qrafiti almaza, almazı brilyanta çevirən kimi.xa0
Səməd Vurğun poeziyası Azərbaycanda yaşayan bütün millətlərin və etnosların-Azərbaycan türklərinin, talışların, ləzgilərin, kürdlərin, avarların və digərlərinin ana dillərinin də böyük poeziyasıdır.xa0
Səməd Vurğun poeziyasını bütün millətlər və etnoslar əzbərdən bilir.xa0
Səməd Vurğun poeziyası azərbaycançılıq idealogiyasının əsaslarını yaradıb.
Səməd Vurğunun azərbaycançılığı ədəbiyyat, poeziya və dil kimi nəhəng kateqoriyalar miqyasında Azərbaycanda yaşayan bütün millətlərin və etnosların birliyinə və monolitliyinə xidmət edir.xa0
Səməd Vurğun bahar günü dünyaya gəldi. Baharda təbiət dəyişir. Təbiət oyanır. Günəş yer Kürrəsinin şimal yarımkürəsinə böyük enerji verir. Allahın lütfü ilə 21 martda Səməd Vurğun dünyaya gəldi.xa0
Səməd Vurğun poeziyamızın günəşi oldu.xa0

Prof.Dr. Qüdrət İsaqov xa0 xa0





































































































