“Aliment Fondu yeni konflikt yarada bilər”x9d

Hazırda oxunan: “Aliment Fondu yeni konflikt yarada bilər”x9d

152768

“Aliment Fondu ilə bağlı bu təklifi ümumən dəstəkləyirəm. Amma təklifin reallaşması mexanizmini aydın görə bilmirəm”x9d.

Bunu Moderator.az-a açıqlamasında “Təmiz Dünya”x9d İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib.

Mehriban Zeynalova deyib ki, dövlət büdcəsindən veriləcək alimentin sonradan ödəyicilərdən toplanma mexanizmi aydın və dəqiq olmalıdır: “Bir qisim insanlar yerlərini dəyişir, bəziləri isə miqrasiya olunur. Dövlət ödədiyi alimentin müəyyən faizini büdcənin ehtiyat resursunda da saxlamaq üçün sabit pul məbləğində kəsilmiş 108 manatın yerinə ən azı 120 manat ödəyiciyə ödətməlidir. Bu, axtarışda olanların aliment ödənişinə cəlb edilməsi üçün yaxşı təsir vasitəsi ola bilər. Ümumiyyətlə, xa0ictimai şüuru dəyişmək və məsuliyyət hissini formalaşdırmaq üçün yaxşı vasitədir. İkinci məsələ aliment ödəyən şəxslərin əməyə cəlb edilməsi prosseduru necə olacaq? Hansı işlərə cəlb ediləcəklər? Alimentin dövlət fondundan ödənilmə müddəti nə qədər olacaq? Yəqin ki, üç ay dövlət bu alimenti ödəyib ödəyicini məsuliyyətə cəlb edənə kimi verə biləcək. 18 il bir nəfərə alimentin ödənilməsi dövlət büdcəsinə ziyan vurmuş olar. İnsanlar bu barədə məlumatlandırılmalıdırlar. Çünki bu yeni konflikt yarada bilər, aliment alan hər ay gəlib dövlətdən aliment tələb etməməlidir”x9d.

Xatırladaq ki, millət vəkili Qənirə Paşayeva ciddi problemə çevrilmiş aliment məsələsinin həlli üçün Aliment Fondunun yaradılmasını təklif edib: “Bir çoxxa0 ölkələrin bununla bağlı təcrübəsi var. Əgər kişi qadına aliment ödəməkdən imtina edirsə, bu qadına aliment məbləğini Aliment Fonduxa0 verəcək. Dövlət isə həmin pulu ödəməli olan atadan inzibati qaydada alır. Əgər o ata işsiz olmasını əsas gətirirsə, fond məşğulluq idarələri vasitəsilə ona iş yeri təklif edir. Ata bundan da imtina edirsə, məsuliyyətə cəlb olunur”x9d.


Rəşad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin