İyunun 14-də Gəncə Dövlət Universitetində 15 iyun Qurtuluş Gününə həsr edilmiş təntənəli tədbir keçirilib.xa0
Tədbiri giriş sözu ilə Universitetin Humanitar işlər üzrə prorektoru dosent Gülsüm Fətiliyeva açaraq qeyd etdi ki,1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə daxili vəziyyət və hakimiyyət böhranı yarandı. İctimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi.Erməni təcavüzü gündən-günə güclənirdi.Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. 1992-ci ilin mayın 14-də hakimiyyəti ələ keçirən Xalq Cəbhəsi ilk gündən özünün qeyri-sağlam fəaliyyəti ilə ölkəni idarə edə bilməyəcəyini göstərirdi və xa0Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandı.Belə bir vəziyyətdə tarix Heydər Əliyev kimi bir dahinin rəhbərliyə gəlməsini labüd etdi. Ümum lider özü demişkən: “Azərbaycanın belə bir dağılan vəziyyətində, parçalanan vəziyyətində mən Azərbaycana gəlib bir məqsəd daşımışam-Azərbaycanı bu fəlakətdən xilas edim. Mənim başqa məqsədim, amalım yoxdur. Bunu isə mən xalqla birlikdə edə bilərəm”¦”x9d
Azərbaycan tarixi kafedrasının xa0baş müəllimlərindən xa0Eldar Mehdiyev və xa0Etibar Musayev xa0öz çıxışlarında bildirdilər ki, Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranıb, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanıb. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması prosesi aparılmış, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınmışdır.
1994-cü ilin sentyabrında Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən “Əsrin müqaviləsi”x9d xa0adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi dünya dövlətləri ilə Azərbaycan dövlətinin yeni münasibətlərinin, dünya xalqları ilə Azərbaycan xalqının əlaqələrinin yenidən qurulmasına təkan verdi və xa0Azərbaycanın xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə səbəb oldu. xa0
Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının taleyi ilə qara xa0oyunlara, siyasi anarxiya və eksperimentlərə son qoyulmuş, ölkədə cinayətkarlığın qarşısı tam alınmış, bütün qanunsuz silahlı dəstələr ləğv olunmuşdu ki, bunlar da bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaratdı. Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi şəxsən Heydər Əliyevin adı ilə bağlıdır.Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuş, Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri isə milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlamışdır.xa0
Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib.Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır.xa0
Tədris şöbəsinin müdiri şair Tofiq Xəlil Qurtulus gününü, Azərbaycan xalqının işıqlı bir dünyaya çıxmasındaHeydər Əliyevin misilsiz, təkrarolunmaz rolunu öz poetik misralarında tədbir iştirakçılarına çatdırdı.
Tədbir boyunca dahi rəhbərin həyat və fəaliyyətinə həsr edilmiş video çarxlar, Universitetin Musiqi fənnləri kafedrasının təşkil etdiyi tələbələrin geniş repertuarda konserti nümayiş etdirildi.
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0xa0
ELÇİN xa0CAVADOV (Gəncə Dövlət Universiteti)


































































































