Ermənilər Almaniyada Azərbaycan mahnısı ilə yallı getdi - Video

Hazırda oxunan: Ermənilər Almaniyada Azərbaycan mahnısı ilə yallı getdi - Video

139354
Almaniya Bundestaqı 1915-ci il hadisələrini soyqırımı kimi tanıyıb. Almaniya Bundestaqı qondarma erməni "soyqırımı" ilə bağlı qətnaməni qəbul edib. Bu qərardan sonra ermənilər Almaniya parlamentinin binası qarşısına yığışıblar.

Bina qarşısında rəqs edən ermənilər azərbaycanlı bəstəkar Fikrət Əmirovun "Qarabağ" musiqisi sədaları altında yallı oynayıblar. Azərbaycan musiqisini milli musiqiləri kimi təqdim edən ermənilər Bundestaqın qondarma erməni "soyqırımı" ilə bağlı qərarını bayram edib. 

Qeyd edək ki, sözügedən qətnamə "101 il əvvəl Osmanlı imperiyasındakı erməni və digər xristian azlıqların soyqırımının anılması”x9d adlanır. Almaniya Bundestaqında baş tutan səsvermədə kansler Angela Merkel qatılmayıb./bakuws/
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin