Cavid Hüseynov məhkəmədə son sözünü dedi...

Hazırda oxunan: Cavid Hüseynov məhkəmədə son sözünü dedi...

138141
Səbail rayon Məhkəməsində jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbs edilən futbolçu Cavid Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Elmar Rəhimovun sədrlik etdiyi iclasda C. Hüseynov son sözlə çıxış edib.

O, ifadəsində baş vermiş cinayət işindən xəbərinin olmadığını, özünü təqsirli bilmədiyini deyib və məhkəmədən barəsində ədalətli hökm çıxarılmasını istəyib.

Proses mayın 31-də davam etdiriləcək. Həmin gün hökm elan olunacaq.

Qeyd edək ki, prokuror C.Hüseynovun 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümü ilə bağlı təqsirləndirilir.(apa)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin