Milli Məclisin növbədənkənar sessiyası olacaq...

Hazırda oxunan: Milli Məclisin növbədənkənar sessiyası olacaq...

137804
Milli Məclisin yaz sessiyasının son iclası mayın 31-də keçiriləcək. Daxili Nizamnaməyə uyğun olaraq, Milli Məclisin yaz sessiyası may ayında keçirilən sonuncu iclasla (31 may tarixli) yekunlaşacaq.

Lakin son illər parlamentin yaz sessiyası başa çatdıqdan sonra iyun ayında növbədənkənar iclas çağrılır. Bu il də istisna deyil.

Milli Məclisdənxa0Moderator.azxa0saytına verilən məlumata görə, iyun ayında parlamentin növbədənkənar sessiyasıxa0çağrılacaq. Növbədənkənar sessiyada parlamentin bir iclasının keçirilməsi nəzərdə tutulub. Tarix isə hələ dəqiq bəlli deyil.

Konstitusiyaya görə, parlamentin növbədənkənar sessiyalarını Milli Məclisin sədri Azərbaycan Prezidentinin və ya qanunverici orqanın 42 deputatının tələbi əsasında çağırır.

Növbədənkənar sessiyanın gündəliyini müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirir.xa0
Bu gündəlikdəki məsələlərə baxıldıqdan sonra növbədənkənar sessiyanın işi bitir.

Deputatlar iyul ayının 15-dən avqustun 30-dək tətilə buraxılırlar. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılırlar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin