“Bu, erməni əxlaqına uyğun hərəkətdir...”x9d

Hazırda oxunan: “Bu, erməni əxlaqına uyğun hərəkətdir...”x9d

134055
Son günlər cəbhədə gəginlik artıb. Erməni silahlı birləşmələri xüsusilə gecə saatlarında Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini müxtəlif silahlardan  atəşə tutur. 

Hərbi ekspert Üzeyir Cəfərov ermənilərin məhz gecələr aktivləşməsini onların öz əxlaqın uyğun hərəkət kimi qiymətləndirib. O, bununla bağlı fikirlərini bildirib:

“Bu, erməni əxlaqına uyğun hərəkətdir. Ermənilər atəşkəsi daha çox gecə saatlarında pozaraq, insanlar arasında vahimə yaratmaq istəyirlər. Məqsədləri panika yaratmaq və insanları evindən didərgin salmaqdır. Gecə vaxtı daha çox zərər yetirə bilirlər. Ona görə çalışırlar ki, mövqelərimizi gecələr atəşə tutsunlar. Əsgərlərdə qorxu yaratmaq istəyirlər. Aprelin əvvəllərində də belə namərd hərəkətlər etmişdilər, ancaq ordumuz layiqli cavablarını verdi. 
Savadsızlıqlarını hər dəfə nümayiş etdirirlər. Azərbaycan Silahlı Qüvvələrinin artilleriyası və Hava Hücümundan Müdafiə Qüvvələri müasir texnikaların imkanlarından yararlanaraq, ermənilərin atəş nöqtələrini müəyyən edərək vururlar”x9d.(Modern.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin