Jurnalistlərin yaşadığı “Jurnalistlər binası”x9dnda Azərbaycanın işğal altındakı ərazilərində gedən döyüşlərdə şəhid olanların xatirəsi yad edilib. Moderator.az musavat.com-a istinadən xəbər verir ki, “Jurnalistlər binası”x9dnda ehsan verilib.
Mərasimdə deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov, deputat Qənirə Paşayeva və çoxlu sayda jurnalistlər, media kapitanları iştirak edir.
Deputat Qənirə Paşayeva çıxışında şəhidlərin Vətən üçün xidmətlərindən, Azərbaycan ordusunun qüdrətindən danışıb. O, jurnalistlərə son savaşlardakı fəaliyyətlərinə və şəhidlərin xatirəsini əziz tutduqlarına görə minnətdarlığını bildirib.







































































































