"Xocalıya həyatını təhlükəyə atıb köməyə gedən Ukraynalı pilotdan utanaydın"

Hazırda oxunan: "Xocalıya həyatını təhlükəyə atıb köməyə gedən Ukraynalı pilotdan utanaydın"

128573
Belə Salamun Əleykum a Rəhman Orxan, hansı ki Jurnalistlər birliyinin üzvü, Osman Mirzəyev adına Respublika mükafatı laureatıdır. Sənin “Savçenko bizə belə əzizdir”x9d başlıqlı yazını oxudum. Əvvəl elə bildim ağzı əmzikli, klaviaturaya təcavüz edib ”x9dpopulyar”x9d olmaq ücün ekstaza düşən südəmər zurnalistlərin yazısıdı bu. Dedim əşşi uşaqdı daa, hələ dünya görməyib, hələ başı ilə qapıya kəllə vurmayıb, dünya görüşü də köhnə sovetdən qalan babasının ”x9dayə urus külli cahanın hakimidir”x9d fikirlərindən bir metr cızığı o tərəfə cıxmayıb. Amma mən səhv eləmişəm demə. Bunu saçı-saqqalı jurnalistikada ağarmış, hələ laureat olan, Osman Mirzəyev kimi insanın adını özünə yapmağı rəva bilən bir insan yazıb. Səd əhsən sənə, əhsən sənin dünya görüşünə, əhsən sənin siyasətə baxışına, əhsən sənin müstəqil jurnalistikana. Ünvanı bilsəydim gəlib qarşında başım asfalta dınq eliyənə kimi təzim edərdim.
xa0
İndi isə kecək əfsuslara. Rəhman bu yazını yazanda sən heç olmasa əlinlə bədəninin əzalarını yoxlayıb, vicdan axtarışına cıxdınmı? Əzəl başdan sənə deyim ki, hec zaman hec kimi təhqir eləmək fikrim yoxdur. Və bunu sənə başıqırxıq, kompyuter oyununda qəhrəman olan gədə yox, həyatını Azərbaycan torpağının düşməndən təmizlənməsi ücün cəbhələrdə qoymuş, indi isə içi sən qarışıq olan cəmiyyətdə, haqsız-sayğısız Qarabağ müharibəsi iştirakçısı olan bir zabit yazır. Mən məyus oldum ki, sən saçı saqqalı ağarmış bir insan, hələ də “ƏƏ Urusa sataşmayın gəlib bizi zad edər”x9d psixologiyasından qopmamısan. Yaxud qopa bilməmisən. Amma dünya artıq başqa dünyadı baba. “Aya yerdən qışqırıb”x9d terminin də özün kimi köhnəlib, artıq insanlıq nəinki aya, hətta başqa planetlərə də qışqırmır, sadəcə rabitə ilə məlumat catdırır. Get biraz texnoloji biliyini artır. Düzdür 40 da öyrənən məsələsi hələ aktivdir-amma cəhd elə.

Deyirsən “Siz kimsiniz ki Azərbaycana aidiyyəti olmayan bir məsələ haqda Mosqova qarşısında tələb irəli sürürsünüz?”x9d. Burda sənin beynəlxalq biliyinə bir quş. Beynəlxalq konvensiyalara görə, dünyada hər bir insanın azad fikir bildirmək haqqı var. İstər Moskva olsun, istər Moskvanın göbəyində qırmızı meydanda Kreml adlanan komasında oturmuş onun rəhbəri. “Kimin ağlına gəlib bu lazımsız (dövlətimiz və xalqımız üçün...) “ frazanı da özünə qaytarıram. Qardaşım, dövlət və xalqın adından danışmağa sənin çəkin çatırmı? Dövləti deyə bilmərəm, amma xalqın bir qırığı da mənəm. Əvvəl metroların girişindəki tərəzidə özünü cəkdir, sonra mənim adımdan danış. Sənə belə haqq verməmişəm mən.

“..1988-ci ildən başlayaraq ötən 28 il ərzində minlərlə oğul-qızlarımız düşmən tərəfindən məhv edilib, yüzlərlə talesizlərimiz 20 ildən artıqdır ki, erməni əsirliyindədir. Niyə neçə illərdir onların müdafiəsinə qalxıb Rusiya, Amerika, Fransa və digər ölkələrin səfirlikləri qarşısında tələblər qaldırmadınız?”x9d xa0A kişi yatmısan sən? Vallahi qış yuxusunda olmusanmı, yoxsa eynəyin xarab olub? 23 ildir Azərbaycan ictimaiyyəti dünyada tozanaq qaldırıb bunu bütün dünyaya catdırır,diaspora təşkilatları dünyanın azman qurumları qabağında bayrağa bürünüb yatır, piketlər, yürüşlər, aksiyalar edir-amma sən xəbərsizsən? Nənəm deyərdi ki, çox yaşamaq istəyirsən-de: Lalam, karam, koram. xa0Amma səndə ikisi artıq həkim müdaxiləsinə hazırdır. Təhqir eləmirəm haaa, görmürsən dəə, eşitməmisən dəə.

Vallah hərbi ekspert və hərb texnologiyası çörəyi olan bir insan üçün sənin bu frazan mənim üçün, ən yaxşı komediyaya baxıb qəhqəhə cəkməkdən daha güclü oldu. "Unutmaq lazım deyil ki, bunu istəyib-istəməməyimizdən asılı olmayaraq, Rusiya bu gün hərbi cəhətdən çox güclü, hegemon dövlətdir. Odur ki, Rusiya qarşısında bu gün Amerikanın da “sakit durmağa”x9d məcbur olduğu...”x9d Nə deyim. İndi sənə müasir dünyanın Rusiyanı necə gic Aydəmir kimi doladığını, onu yava it kimi ora bura qısqırdaraq, daxili və xarici imicini zibilqabıya atdığınımı yazım? Yox dedim axı 40 da öyrənən... A kişi bir nəvənin məktəb cantasından dünya atlasını götür və bax ki, bu gün Rusiya NATO ”“nun necə əhatəsindədir. Əgər o xəritədə Rusiya üçün 1 metr dəlik tapsan, gələn jurnalistlərin bayramında şəxsən mən sənə “ Lifan “ verilməsi üçün məsələ qaldıracam.

Qaldı Nadejda Savcenkoya.. Sən bu böyük anlayışda nəinki "pioner", heç "oktyabryat" da deyilsən. Bu Vətəni işğalda olan insanların vətən uğrunda savaşa, belə kişi qəlbli, azadlıq ruhlu vətənpərvərliyə təşnəsidir-hansı ki səndə yoxdur. İncimə yoxdur dəə. Yoxdan Allah da bezardır. Bu yazını yazanda Xocalıya öz həyatını təhlükəyə atıb köməyə gedən Ukraynalı pilotdan utanaydın. Bizim savaşımızda onlarla Ukraynalı könüllülərdən utanaydın, hər zaman siyasi aləmdə bizimlə olan Ukrayna xalqından utanaydın, Ukraynada Qarabağ deyib hayqıran minlərlə həmvətənlərimizdən utanaydın. Utanmadın. Dedim axı yoxdan Allah da bezardır.

Savcenko Rəhman deyil- Rəhman da Savcenko ola bilməz. Belə olmaq üçün böyük dediyin imperiyaya, Vətənin, xalqın, elin, oban, ailən və sonda mənəviyyatın üçün "sən alcaqsan”x9d deməyə daxildən gələn vicdan, güc, igidlik lazımdır. Savcenko öz torpağında işğalçıyla cəngə girən bir əfsanədir. Həcər kimi. Sənin yazdığın içi siqaret tüstüsü ilə dolu olan cayxana qeybətindən belə məlum oldu ki, heç kim işğalçıya qarşı haqq səsini ucalda bilməz və biz də haqq savaşımızda haqsızıq. Belə çıxır-mən yozmuram.xa0

Artıq sənə vaxt itirmək-bir insanın öz işlək əlini kəsməsi kimidir. Get elmini artır, kif iyi vermiş “Düşmən dəyirmanına su tökmək" kimi frazaları da tulla zibil qabına, aparsınlar "Təmiz Şəhər”x9d şirkətinə. İndiki dəyirmanlar elektriklə işləyir, su ilə yox-ay mənim texnikadan xəbərsiz, 30 cu illərdə ilişib qalmış qardaşım. Amma yox. Səndən mənə qardaş olmaz.

Sonda deyim ki, bəlkə anladın: Zamanlar keçdikcə insanın həyatda qalması əmsalında bir qəhrəmanlıq lazım olur. Hansı ki insanlar sənin həyatdan izsiz soraqsız getdiyini bilib səni unutmasınlar. Savçenko həmən izli həyatı yaşadı. Onu tarix yaşadacaq dünya durduqca. Amma Rəhman Orxan haqda bunu demək olmaz. Heyif yaşadığın və başa çatan həyata.

Həyat bacarmadı bu qədər yaşamında, arzum budur ki Allah səni Hidayət Eləsin. Əstəğfürüllah-Bacarsa....

Abuzər Əbilov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin