Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov Azərbaycanı tərk edib. Moderator.az xəbər verir ki, bu barədə məlumatı "Azadlıq" qəzeti yayıb. Məlumatda deyilir ki, Anar Məmmədov Ingiltərəyə köçüb. Bildililir ki, bir müddət əvvəl nazir oğlunun ailəsi İngiltərəyə yerləşib.
Daha sonra Anar Məmmədov Azərbaycandan gedib. Məlumata görə, bu köç müvəqqəti xarakter daşımır. Yəni, Anar Məmmədovun Azərbaycana qaytımaq niyyəti yoxdur. Bildirilir ki, Anar Məmmədov “Qarant Holdinq”x9din rəhbərliyindən istefa verib. Hazırda holdinqə Ziya Məmmədovun qardaşı oğlanlarından biri rəhbərlik edir.
Anar Məmmədovun ölkədən getməsinin səbəbi barədə dəqiq bilgi yoxdur. Lakin ehtimal etmək olar ki, bu, Ziya Məmmədovun ulduzunun sönməsilə bağlıdır. Qeyd edək ki, nəqliyyat naziri artıq əvvəlki nüfuza və gücə malik deyil. Indi Ziya Məmmədovun Nəqliyyat Nazirliyinə rəhbərliyi formal xarakter daşıyır. Çünki nazirliyin bir çox səlahiyyətləri əlindən alınıb.
Ziya Məmmədovun biznes imperiyası da süquta uğramaq üzrədir. Nazirə məxsus ən böyük biznes strukturlarından biri olan “Qarant Holdinq”x9ddə maliyyə böhranı hökm sürür. Aylardır ki, işçilərin əmək haqqı verilmir. “Azadlıq”x9d bir neçə gün əvvəl bu barədə məlumat yaymışdı. Həmin məlumatdan sonra “Qarant Holdinq”x9də daxil olan “Qarant Sığorta”x9dnın fəaliyyətinə rəsmən xitam verilməsi barədə məlumat yayıldı.


































































































