6 saylı məktəb İlham Əliyevin fəaliyyətini təbliği təşəbbüsü ilə çıxış edib

Hazırda oxunan: 6 saylı məktəb İlham Əliyevin fəaliyyətini təbliği təşəbbüsü ilə çıxış edib

122724
Səbail rayonu 6 saylı məktəb-liseyin kollektivi Azərbaycan Respublikasının Prezidenti, görkəmli dövlət xadimi, məktəbin məzunu İlham Əliyevin fəaliyyətini dərindən öyrənmək və təbliğ etməyə çağırıb.

Məktəbin direktoru, əməkdar müəllim Gülşən Orucova bu sözləri Səbail Rayon İcra Hakimiyyətində keçirilən 2015-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağındakı çıxışında səsləndirib. O, qeyd edib ki, məktəb kollektivi fəxr edir ki, bu gün dünyanın ən nüfuzlu siyasi xadimlərindən olan İlham Əliyev məhz bu məktəbin məzunudur: "Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində ölkəmiz öz müstəqilliyini daha da möhkəmləndirib, böyük iqtisadi uğurlara imza atılıb. Bütün bunlar cənab İlham Əliyevin xüsusi istedada malik, dahi siyasi xadim olduğunu br daha sübüt edir.

Bu gün məktəbdə təhsil alan şagirdlər ölkə başçısının həyat yolu ilə yaxından maraqlanır, onun daha dərindən öyrənilməsinə ehtiyac olduğunu bildirirlər. Məktəb kollektivinin xahişi ilə bu dahi şəxsiyyətin fəaliyyətinin dərindən öyrənilməsi məqsədi ilə «İlham Əliyev və Azərbaycan ”“ inkişaf və perspektivlər» mövzusunda elmi-praktiki konfrans keçirilməsi ilə bağlı hazırlıq işlərinə başlanıb. Məktəb kollektivi Səbail rayonunun digər təhsil müəssisələrinin kollektivlərini də bu təşəbbüsə qoşulmağa çağırıb və Səbail Rayon İcra Hakimiyyətini də bu işlərdə onlara dəstək olmağı xahiş edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin