"Kişi olan şəxs mütləq əsgərlikdəki çətinliklərdən keçməlidir"

Hazırda oxunan: "Kişi olan şəxs mütləq əsgərlikdəki çətinliklərdən keçməlidir"

121296
Azərbaycan bəlkə də məmur övladlarının hərbi xidmətdən yayındığı yeganə ölkədir. Baxmayaraq ki, hərbi xidmət ilk öncə vətən qarşısında kişilik borcunu ödəməkdir. Digər tərəfdən də psixoloqlar hərbi xidmətin kişilərin psixologiyasında müsbət rol oynadığını vurğulayırlar. Belə ki, hərbi xidmət keçmiş oğlanlar daha çox vətən, ana-ata, ailə qədri bilir, daha qorxmaz və cəsur olurlar. Hərbi xidmət kişilərə həyatın hər cür qovğasına sinə gərməyi, hansısa çətinliyə düşdükdə büdrəməməyi, ailəsinə-sevdiklərinə sahib çıxmağı öyrədir.xa0

Bəs görəsən məmur övladlarının hərbi xidmətdən yayınması onların mənəvi psixoloji durumuna necə təsir edir?

Moderator.az-ın bu sualına Tibb Universitetinin dosenti Rəşid Mahmudov aydınlıq gətirib.xa0

R.Mahmudov hərbi xidmətin mütləq şəkildə vacibliyini vurğulayıb: “Hərbi xidmətdə olmamaq dost-yoldaşdan ayrı düşən oğlanların psixologiyasına öz mənfi təsirini göstərəcək. Belələri əsgərliyin nə olduğunu heç zaman bilməyəcək, hər zaman özünü çox zəif sayacaq. Əsgərlik hər bir cavan üçün kişilik, qoçaqlıq məktəbidir və hər kəs o məktəbi bitirməlidir. Həmin məktəbi hamının qurtarması gərəklidir. Oğlanlar valideynlərinin yanında olanda hər zaman ata-analarının sözü ilə hərəkət edir. Əsgərlikdə isə özünü müstəqil şəkildə idarə etməyi öyrənir. Türkiyədə əsgər getməyənə heç qız da vermirlər, əsgərlikdə olanlar üstün adamlar hesab olunur. Kişi olan şəxs mütləq əsgərlikdəki müəyyən çətinliklərdən keçməlidir. Bu çətinliklərdən keçməyənlər mənəvi cəhətdən öz yoldaşlarından çox aşağıda olacaqlar”x9d.

Rəşid Mahmudov daha sonra evlənənə qədər anasının dizinin dibindən ayrılmayan oğlanlar barəsində danışıb: “Təəssüf ki, bəzi valideynlər çox vaxt ailə qurana kimi övladlarına müstəqillik verməyə qorxurlar, övladlarını ana uşağı kimi böyüdürlər. Həmin ana uşaqlarında kişilik inkişaf etmir. Həmin oğlanlar evlənəndən sonra da arvad sözüylə oturub dururlar, anadan asanlıqla imtina edirlər. Çünki həmişə qadınını yanında olublar, qadın sözüylə hərəkət ediblər. Belə uşaqlar həmişə başqasından asılı olurlar. Mənim oğlum beşinci sinifdə oxuyanda özü tək Bakıdan rayona gedirdi. Valideynlər balacalıqdan uşaqlarını azad böyütməlidirlər. Belə olan halda övladlarının özünə güvən hissini qazanmalarına şərait yaratmış olacaqlar. Özünə güvən hissi qurulan ailələrdə də öz təsirini göstərəcək”x9d.xa0

Rumiyyə
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin