ADNSU-da 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib- FOTO

Hazırda oxunan: ADNSU-da 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib- FOTO

116949
Yanvarın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. 26 ildir bizimlə olan və hər zaman gənc nəsl üçün vətənpərvərlik simvoluna çevrilən tələbə şəhidlərimiz - Rahim Babayev, Canpolad Orucov və Ağabəy Novruzbəylinin xatirəsi onların yaxınları, universitet rəhbərliyi ilə birlikdə yad edilib, barelyefləri tər qərənfillərlə bəzədilib, xatirələri bir daha anılıb.

Mərasim Canpolad Orucov və Rahim Babayevin təhsil aldıqları Energetika fakültəsinin dekanlığında dəhlizdə qoyulmuş baralyeflərinin ziyarəti ilə başlayıb. Sonra Kimya texnologiya fakültəsinin dekanlığı qarşısına yürüş edən iştirakçılar şəhid Ağabəy Novruzbəylinin baralyefi qarşısına da tər qərənfillər qoyaraq, xatirəsini hüzün və fəxarət hissi ilə anıblar. Rektor Mustafa Babanlı həyatını vətən uğrunda fəda etmiş tələbələrimizin, eləcə də digər qəhrəmanlarımızın şəhidlik zirvəsində dayandığını qeyd etməklə, vətənin belə oğullarla fəxr duyduğunu bildirib, qəhrəman vətən oğullarına Allahdan rəhmət diləyib. “Nə qədər ki, torpaqlarımız işğal altındadır, şəhidlərin ruhu qarşısında utanc hissimizi gizlədə bilmərik”x9d deyən rektor keçmiş sovet dövlətinin müstəqilliyimizi boğmaq üçün ölkəmizdə törətdiyi cinayətlərin yaddan çıxmayacağını qeyd edərək, müəyyən nüansları faktlarla iştirakçıların nəzərinə çatdırıb. Bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə açıb. Sovet ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edilib. M.Babanlı 20 Yanvar hadisələrini ondan əvvəlki faciəli hadisələr kimi XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü kimi dəyərləndirib. Bildirib ki, Azərbaycan xalqına qarşı soyqırım, sovet hakimiyyəti illərində Azərbaycan ərazilərinin tədricən ilhaq olunması, nəticədə ölkənin ərazisinin 125 min kvadrat kilometrdən 87 min kvadrat kilometrədək azalması, sovet rəhbərliyinin havadarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir. Eyni zamanda qeyd olunub ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməyib. M.Babanlı qeyd etdi ki, həmin müdhiş gecədə həlak olan vətən oğullarının Azərbaycanın tarixinə parlaq səhifə yazıb, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açıblar: “Xalqımız, universitet öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirir və onların xatirəsini ehtiramla yad edir. Öz fədakarlıqları ilə həmyaşlarına nümunə olan şəhid tələbələrimiz - Ağabəy, Canpolad və Rahimin xatirəsi təhsil ocağımızda daim uca tutulur. Şəhidlərin qəhrəmanlığı göstərir ki, Azərbaycanın müstəqilliyi əbədidir və onu heç bir qüvvə döndərə bilməz. Onların valideynləri belə oğullar yetişdirdikləri üçün başlarını dik tutmalıdırlar”x9d.

Əməkdaşların həmkarlar ittifaqı komitəsinin sədri Məzahir Babayev 20 yanvar hadisəsi zamanı canlarını fəda etmiş oğullarımıza Allahdan rəhmət diləyib. O, şəhid tələbələrimizin özləri, ailələri ilə bağlı xoş təəssüratlarını bölüşüb. Bildirib ki, Azərbaycanın müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış bu vətən övladları öz fədakarlığı, şəhidliyi ilə xalqımızın qəhrəmanlıq səlnaməsinə parlaq səhifə yazıblar.
Ağabəy Novruzbəylinin atası Oqtay müəllim oğlunun adının vətən uğrunda canını qurban vermiş şəhidlərin sırasında olmasından fəxrlə danışıb. Şəhid atası şəhidlərin qanının yerdə qalmayacağına inandığını söyləyib. Oqtay müəllim, bildirib ki, gələcək üçün nümunə olan Ağabəy, Rahim, Canpolad kimi oğullar unudulmadıqca, vətən üçün ləyaqətli vətəndaşların yetişəcəyinə əmin olmaq lazımdır. Eyni zamanda, ermənilərin torpaq iddiasının xalqımız üçün QANLI YANVARla nəticələnsə də şəhidlərimizin gördüyü böyük işlər, göstərdikləri şücayətin həmin hadisəni ŞANLI YANVAR zirvəsinə yüksəldə bilməsindən sevinc hissi keçirdiyini vurğulayıb.

P.S: O gecə xalqımızın ləyaqətli övladları vətənimizin azadlığı, müstəqilliyi, torpaqlarımızın bölünməzliyi yolunda canlarından keçdilər. Onlardan üç nəfər ADNSU tələbəsi idi. O gecə cəlladlar onların haqq səsini boğdu, cavan canlarına qəsd etdi, onları qətlə yetirdi. Lakin onlar öz fədakarlıqları ilə tariximizin qəhrəmanlıq salnaməsinə düşdülər, şəhidlik zirvəsinə ucaldılar, əbədiyyətə qovuşdular. Müstəqilliyimiz, azadlığımız uğrunda mübarizədə özünü şəhid edən Canpolad, Rahim və Ağabəy özlərinin vətəndaşlıq qeyrəti ilə tariximizin qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar, ölümləriylə ölümsüzliyə qovuşdular. Dünyasını dəyişən şəhid tələbələrimizin qətiyyəti, cəsarəti, vətənə bağlılığı bugünkü gənclərə nümunədir. Biz qəhrəman şəhidlərimizin əziz xatirələri qarşısında baş əyir, onların ruhuna dərin hörmət və ehtiramımızı bildiririk. Allah rəhmət eləsin, məzarları nurla dolsun”x9d.
ADNSU-da 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/10998.jpg">ADNSU-da 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/10999.jpg">ADNSU-da 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/11000.jpg">ADNSU-da 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/11001.jpg">ADNSU-da 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/11002.jpg">ADNSU-da 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/11003.jpg">ADNSU-da 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/11004.jpg">ADNSU-da 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/11005.jpg">ADNSU-da 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/11006.jpg">ADNSU-da 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/11007.jpg">ADNSU-da 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/11008.jpg">ADNSU-da 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/11009.jpg">ADNSU-da 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/11010.jpg">ADNSU-da 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/11011.jpg">ADNSU-da 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/11012.jpg">ADNSU-da 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/11013.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin