Yanvarın 12-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) KİV nümayəndələri qış imtahan sessiyasının gedişinə nəzarət ediblər. “Bilik şəffaf və obyektiv qiymətləndirilməlidir”x9d devizi altında keçirilən tədbirdə nüfuzlu mətbuat orqanlarından iyirmidən çox jurnalist iştirak edib.
Təhsil nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə”x9d əmrinə əsasən həyata keçirilən görüşdə Tədrisin Keyfiyyətinin Qiymətləndirilməsi və İdarə Edilməsi Mərkəzinin direktoru Raqif Qasımov “ictimai nəzarətçi”x9dləri imtahan prosesinin gedişi, nəzarət təlimatları ilə tanış edib. Sonra “ictimai nəzarətçi”x9dlər UNEC-in bütün tədris binalarında keçirilən imtahanlara nəzarət ediblər.
İmtahanlardan sonra jurnalistlər UNEC-in rektoru, professor Ədalət Muradovla görüşüblər. Rektor UNEC-də aparılan islahatlar, universitetin hədəfləri və iş prosesində qarşıya çıxan problemlərdən danışıb. Jurnalistlərin suallarını cavablandırıb.
UNEC-də qış imtahan sessiyası fevralın 1-dək davam edəcək. Sessiya boyunca tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin edilməsi, şəffaflığın qorunması məqsədilə imtahan prosesi ictimaiyyət nümayəndələrinə açıq keçirilir. İmtahan sessiyası dövründə hər həftənin şənbə günü rektorun “Açıq qapı”x9d günləri təşkil edilir. Bundan başqa, bütün tədris binalarında qərargahlar yaradılıb. Universitetin “Qaynar xətt”x9d (146-1-3) xidməti də müraciətləri operativ araşdırır.








































































































