"Axı sən belə oğul deyildin" -Eldar Sabiroğlundan övladına ittiham!

Hazırda oxunan: "Axı sən belə oğul deyildin" -Eldar Sabiroğlundan övladına ittiham!

112361
Bu gün atdığı addımlarla ölkə mediasının gündəmini zəbt etmiş övladına Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəhbəri, eks millət vəkili Eldar Sabiroğlu Moderator.az vasitəsilə müraciət edib.xa0

Müraciətdə deyilir:

"Oğlum Rüfətə!
Əziz Rüfət, tale elə gətirdi ki, sənə belə müraciət edəsi oldum. Həyatın keşməkeşlərini az görməmişdim, ancaq səndən belə bir zərbə alacağımı heç ağlıma gətirməzdim. Bağışlamaq çətindir, ancaq sən mənim övladımsan, səndən necə keçə bilərəm ki. Ata-bala kimi aramızda çox söhbətlərimiz olub. Sənə böyük ümidlərim var idi, qırdın...xa0
Heç vaxt istəməzdim ki, belə olsun, amma məsləhət yenə Allahındır. Axı sən belə oğul deyildin. Bir neçə günün içində səni dəyişdirən nə oldu, əziz oğul? Rüfət, həm özünə, həm də ata-anana problemlər yaratdın. Sən axı bilirdin ki, mən kimlərlə mübarizə aparıram. Özün də duymadan onların məkrli və çirkli niyyətlərinə xidmət etmiş oldun. Hansı qara qüvvə səni bu yola çəkdi? Beş il birlikdə olmadıq, səndən uzaq qaldıq, ananla səni qoruya bilmədik.xa0
Yazırsan ki, oğulluqdan imtina edə bilərsən, Ata. Səhv düşünürsən, oğlum!. Səni böyütmədim ki, səndən asanlıqla imtina edəm. Gəl razılaşaq ki, yanlışı seçdin, rəqiblərə, söyüş söyənlərə, təhqir yağdıranlara, atana amansız zərbə vuranlara fürsət verdin. Seçdiyin yolun səhv olduğunu dərk edib geri dön, oğlum, sənə məsləhətim budur.xa0
Düzdür, bir həqiqətdir ki, səni boğaza yığmışdılar və bilirəm ki, buna dözmədin. Sən imtahan verərək yüksək göstəricilərlə prokurorluq orqanlarına qəbul olunmuşdun, ancaq buna baxmayaraq səni Zərdaba göndərdilər. Beş il orda əziyyət çəkəsi oldun, qalmağa yerin belə yox idi. Bunların hamısını yaxşı bilirəm. Səninlə bərabər imtahan verərək zəif nəticələr toplamışları bir ildən sonra daha yaxşı yerlərə göndərdilər, amma səni seçdilər, ayırdılar yoldaşlarının cərgəsindən. Və yaxşı bilirəm ki, bütün bunlar mənə görə idi. Prezident Administrasiyası rəhbəri haqqında yazdığım materiallardan, yazılardan qorxub, ehtiyyat edib sənə haqq etdiyini vermədilər. Sən də günlərin birində acığa düşüb tutduğun yolu atdın.
Oğlum Rüfət, məni neçə illər idi ki, boğaza yığırdılar, amma sənin naminə hər şeyə dözürdüm. Nə olardı ki, sən də bir az dözümlü olaydın. Sən də mənə görə dözməliydin. Ürəyim doludur, Rüfət, deyə bilmirəm!xa0
Səni bu yola sövq edən səbəblər, kəslər, xa0hədəflər neçə illərdir ki, atanın qarasınca düşmüşdülər. Lakin mən onlara görə seçdiyim yoldan dönmədim və hesab edirəm ki, düz etdim. Ancaq seçim sənindir, özün bilərsən oğlum. xa0Ananın sənə çoxlu salamları var.xa0
Oğlum, Allah sənin başının üstündə olsun, Allah səni bəd qüvvələrdən qorusun!xa0
İmza: Atan Eldar Sabiroğlu.
Tarix: 20.12.2015 saat 20:00

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin