Bu şəxslər vergi ödəməyəcək – RƏSMİ

Hazırda oxunan: Bu şəxslər vergi ödəməyəcək – RƏSMİ

631925

Fiziki şəxsin hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə ödəmə mənbəyində vergi tutmaq öhdəliyi yaranmır.

Bizim.Media xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti fəaliyyət növü “7729002 – Digər paltarların kirayəsi” olan və 14 faiz dərəcə ilə gəlir vergisi ödəyən fiziki şəxsin ofisi hüquqi şəxsdən icarəyə götürməsi ilə bağlı suala aydınlıq gətirib.
 

Bildirilib ki, Vergi Məcəlləsinin 124.3-cü maddəsinə əsasən, hüquqi şəxslərə (müəssisələrə) və ya qeyri-rezidentlərin daimi nümayəndəliklərinə ödənilən icarə haqları ödəmə mənbəyində vergitutma obyekti deyil. Bu səbəbdən həmin icarə ödənişindən ödəmə mənbəyində vergi tutulması öhdəliyi yaranmır.


Dövlət Vergi Xidmətindən həmçinin qeyd olunub ki, qeyri-sahibkarlıq fəaliyyəti üzrə əldə edilən illik gəlirdən xərclər nəzərə alınmadan 14 faiz dərəcə ilə vergi tutulur.

Gəlir vergisi üzrə “Gəlir vergisinin bəyannaməsi” hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin