Rusiya və Ukrayna arasında “103-ün 103-ə” prinsipi üzrə əsir mübadiləsi həyata keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Rusiya 103 rusiyalı hərbi qulluqçunu geri qaytarıb, əvəzində Ukrayna Silahlı Qüvvələrinin 103 hərbi əsirini təhvil verib.
Məlumata görə, əsir mübadiləsi BƏƏ-nin vasitəçiliyi ilə baş tutub.
Rusiyalı əsirlərin hazırda Belarusda olduğu, lazımi tibbi yardım aldığı və sonra isə Rusiyaya gətiriləcəyi qeyd olunub.
Bizim.Media

































































































