Mənim Xalqım...

Hazırda oxunan: Mənim Xalqım...

112346
(1-ci yazı)
xa0 xa0 xa0xa0
Həsrət insanı vaxtsız xəzələ çevirirmiş, quru və kövrək... Bilmirdim...
Uzun illərdi istisinə isinib, tüstüsünə də kor olduğum qürbətdə gecələr Vətən yadıma düşəndə içim titrəyir, boğazımda qəhər düyünlənir...xa0
xa0 xa0 xa0
Hərdən tanışlar soruşurlar ki, Vətənə gedib gelirsənmi?
xa0 xa0 xa0
-Hə, tez-tez... deyirəm.
xa0 xa0 xa0
-Necə?
xa0 xa0 xa0
-Yuxularımda... ”“ deyirəm, qeyri-ixtiyari baxışlarım parlayır...
xa0 xa0xa0
Vətən həsrəti zülmət gecə kimi üzərimə cökəndə nicat yolunu ya həmvətənlilərimin, ya da türk qardaşlarımın xa0arasında tapıram... xa0Bir az məhəbbət-söhbətdən sonra sanki məni cəhənnəm alovu kimi qovuran həsrətimin üzərinə su səpilir, sakitləşirəm.
xa0 xa0
Təəssüf ki, bu daxili rahatlığım çox sürmür... Belə yerdə deyiblər ki, dəli bir deyil bağlayasan, ölü bir deyil ağlayasan... Bu yandan da başqa dərdim təzələnir... xa0Siyasimi, iqtisadimi bir çətinliklərə məruz qalmış, ya da daha yaxşı bir həyat ücün Vətənini tərk etmiş xa0həmvətənlilərimin usaqları ana dillərini ya tamamilə unutmuşlar, ya da unutmaq ərəfəsindədirlər. Ana dillərində fikirlərini doğru-düzgün ifadə edə bilmirlər, qurduqları “erməni budaq”x9d cümlələri gülməli olduğu xa0qədər xa0də ağlamalıdır. Bu usaqların bir qismi Avropada dogulmuş, gələcəkdə təhsillərini yaxşı davam etdirmək ücün ana dillərini önəmsəməmiş, yasadıqları dövlətin dilinə daha üstünlük vermişlər... xa0Bir qismi ise valideyinlərinin Vətəndə birilərinə xa0olan qəzəbini, kin-küdurətinin xa0bütün arxada buraxdıqlarına şamil xa0etdiklərindən, onlar da ana dilini xa0köhnə, modası keçmiş bir paltar kimi çıxarıb bir küncə atmışlar...
xa0 xa0
Bu yerdə Dağıstanın böyük şairi Rəsul Həmzətovun xa040-45 il öncə oxuduğum “Mənim Dağıstanım “ kitabından bir epizod yadıma düşür. Amerika səfərlərinin birində hoteldə birisi ona yaxınlaşıb tanışlıq verir, onun da Dağıstanlı olduğunu söyləyir. Ikinci dünya müharibəsində əsir düşdüyünü, oradan da Amerikaya aparıldığını, uzun illərdir orada yaşadığını söyləyir. Rəsul Həmzətovdan xahiş edir ki, Vətənə qayıdanda onların kəndinə gedib onun xa0anasını tapsın, oğlunun sağ olduğunu söyləsin. Şair səfərdən qayıtdıqdan sonra gedib o adamın anasını axtarıb tapır, oğlunun sağ salamt olduğunu, yaşadığını söyləyir. Şad xəbərə nəinki onun anası hətta bütün kənd sevinir, yığılıb böyük şadlıq məclisi qururlar. Ona coxlu suallar verirlər, həmyərliləri haqqında daha dəqiq bir şeylər öyrənmək istəyirlər.xa0

Sevincindən göylərdə uçan Ananın sualı isə çox qısa olur:
xa0xa0
-Oğlum səninlə hansı dildə danışırdı?
xa0xa0
- Ingilis dilində. ”“Sair cavab verir.
xa0
Ana başındakı şalı üzünə çəkib için-için ağlamağa başlayır.
xa0xa0
-Mənim oğlum ölmüş. - Deyir.
xa0 xa0 xa0
Bu prosesi 50-60 il evvəl Avropaya işci ailəsi kimi gəlmiş türklər də yaşamışlar. Onların uşaqlarının çoxu ana dillərini unudub avropalı olmağa çalışmışlar. Daha doğrusu yaşadıqları ölkənin dilini doğru-dürüst öyrənmədən, mentalitetini anlamadan özünü şəkilcə onlara oxşatmağa çalışmışlar. Buna görə də avropalı ola bilməmişlər. Avropa avropalı doğullmayanı avropalı kimi qəbul etmir... Onlar nə qədər cəht etsələr də yenə də çarığı cırıq yabançı olaraq qalmışlar. xa0Öz həqiqi xa0kimliklərini də, metalitetlərini də itirdiklərindən heç kim olmuşlar...
xa0 xa0
Ot kökü üstümdə bitər. xa0Mən eminəm ki, onların valideynləri öz kimlikləridən, öz keçmişlərindən, xalqının qədimliyindən, böyüklüyündən çox yox, dəvədə qulaq qədər xəbərləri olsaydı, zamanında xırda-xırda, incə-incə bunu usaqlarına da aşılasaydılar, o usaqlar multikulturel bur toplum olan Avropada öz milli kimlikləri ilə daha güclü xa0bir şəxsiyyət kimi yetişərdilər.
xa0 xa0xa0
Bu cümlələri yaza-yaza yenə yuxarıdakı qonşumun səsini eşidirəm. Geyinib ”“ bəzənmiş, mini ətəkdə gecə həyatına gədən qızının arxası ilə balkondan qışqırır:
xa0 xa0
-Ay qız, bu gündə hara gedirsən?
xa0xa0
Qızı saymazyana, yarı türkcə, yarı almanca:
xa0xa0
-Sənə nə var... Evdə oturum, məni sənmi ....sən. xa0- xa0cavab verir.
xa0xa0
Adamin nitqi tutulur... Qulaqlarina inanmaq istemir...
xa0 xa0
Azəbaycan, Türkiyə qəzetələrini vərəqləyirsən. Tük ürpədici xəbərlərə rast gəlirsən: xa0qardaş bacısına, anasına, ata qızına təcavüz edir.
xa0xa0
Adamın ayağının altından yer qaçır. Nooldu? xa0Nə günlərə gəlib çıxdıq? Dünyanın sonumu? Bəs giyamət niyə qopmur? xa0 xa0Beynimdə Bilgə Kaganın Tükr xa0ulusuna, Türk yurduna, Türk övladına səslənişi dönüb durur:
xa0 xa0
“Ey Türk Oğuz Bəyləri! Bu sözümü yaxşı eşidin! Üstdən göy çökmədikçə, altdan yer dəlinmədikçə bilin ki, Türk milləti, Türk yurdu, Türk devləti, Türk törəsi pozulmaz. Ey ölümsüz Türk milləti, özünə gəl!”x9d
xa0 xa0 xa0
İçimdən bir haray qopur:
xa0xa0
Qalx axağa ulu Kağan, qax ayağa kutlu Kağan, qalx ayağa Bilgə Kağan. Gəl gör nələr oldu. Üsdən göy çökdü, altdan yer dəlindi, Türk milləti, Türk yürdu, Türk törəsi pozuldu, insanlar manqurtlaşdi. Aman ey Bilgə Kağan, Dünya fani, töre baği demişdik. Dünya baği, törə fani oldu. Hardasan ey Bilge Kagan.
Bu harayıma sanki ulu Ozan Dədə Qorqut dünyanın özü boyda bir təəssüflü səsi ilə cavab verir.
xa0 xa0
Indi hanı dediyim bəy ərənlər,
Dünya mənim deyənlər
Əcəl aldı, yer gizlədi,
Fani dünya yenə qaldı
Gəlimli gedimli dünya
Son ucu ölümlü dünya..

Nədir bu? Bu millətin, bu xalqın bir sahibi yoxdurmu? Hara gedir bu millət, bu xalq? Sonuc globallaşmış xa0dünyada, maddiyatın hakim kəsildiyi, bütün milli kimliklərdən, adət və ənənələrdən məən edilmiş, kökündən qoparılmış, degenerə olmuş bir toplummu? xa0Günün harda xoş kecir, ora Vətəndir- Prinsipimi? Yaxud da Vətən kasıbları, aşağı təbəqəni yaxşı motivə, idarə etmək ücün uydurulmuş xa0bir məfhumdurmu? Düşünə bilirsinizmi, xa0dünyanı daha yaxşı idarə etmək ücün kapitalizm bütün insani, mənəvi kategoriyaları məhv edib yerində pulla alınıb satılan, maddiyatlaşmış bir toplum yaradir. Bunu ən yaxşı nümunəsi beyin köçü adı altında zəkalı insanları satın alıb xa0Avrpaya, Amerikaya aparılmasıdır. Bunların çoxu emeyi öz vətənlərində yetərincə qiymətləndirilməyən yuxarı təbəqəyə məxsus, aşağı təbəqənin özəndiyi insanlardırlar. Bu da milli mentalitelərin erroziyaya uğramasına zəmin hazırlar.... Esirlərdir müharibələrlə nail olamadıqlarına siyasət ve pul vasitəsi ilə nail olurlar...
xa0xa0
Mən eraların, dövrlərin o taından formalaşa-formalaşa gələn, damla-damla yığılaraq bir ümman olmuş, xalqımın zəngin mənəvi dəyərlərinin, milli kimliyinin gözüm baxa-baxa məhvə doğru getməsi ilə barışa bilmirəm. Məncə buna qarşı mübarizə aparmaq, ürəyində vətən eşqi, xalq sevgisi, özünü azərbaycanlı türk sayan xa0hər birimizim ”“ hamımızın borcudur. Xalqımızın varlığı bizim varlığımızdır. Xaqımızın var olması bizim var olmamızdır. xa0Bəlkə bəziləri buna tarixin geriyə dönməsi mümkün olmaya bir inkişaf prosesi xa0kimi xa0baxır, xa0bizim kimi düşünənləri mühafizəkar, konservator mühacirlər kimi görürlər. xa0Fərgi yoxdur. Bizi kimsə öz fikirimizdən döndər bilməz. Biz öz mübarizəmizdən dönməyəcəyik. Bizim mübarizəmiz son nəfesimizə qədər milli kimliyimizin öyrənilməsi və təbliq edilməsi olacaqdır. Bu cox da cətin bir iş deyil. Sadəcə, qəlbimizdə olab Vətən, xalq sevgisini ətrafımızdakılar ilə xa0paylaşmaqdır. Sevgi palaşdiqca böyüyür. Bəlkə biriləri bizim bu xa0yazımıza ağız büzəcəklər. “Bununla nəyə nail olacaqsınız?”x9d - xa0Deyəcəklər. Olsun...
xa0 xa0
Bir gün bir qarışqadan soruşurlar:
xa0 xa0
- Hara belə gedirsən?
xa0xa0
-Haca gedirəm.- deyir.
xa0
Gülürler:
xa0xa0
-Sən bu yerişle xa0gedib Məkkəyə çıxamazsan. Ömür vəfa eyləməz.
xa0 xa0
-Doğrudur. Bəlkə də gedib çıxa bilmərəm. amma bu yolda ölmək də vardir....- deyir
xa0
Firudin
Kanarya adaları xa0(20.12.2015)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin