Tramp İrana son tarix təyin edib? - Ağ Ev AÇIQLADI

Hazırda oxunan: Tramp İrana son tarix təyin edib? - Ağ Ev AÇIQLADI

608920

Ağ Evin sözçüsü Karolin Livitt ABŞ Prezidenti Donald Trampın İrana razılığa gəlmək üçün bir neçə gün vaxt verdiyinə dair iddiaları təkzib edərək, atəşkəs üçün son tarixi Trampın təyin edəcəyini bildirib.

Bizim.Media xəbər verir ki, “Fox News”a danışan Ağ Ev sözçüsü İranla bağlı mövcud vəziyyəti qiymətləndirib.

Livitt bildirib ki, ABŞ və İsrail mediasında ABŞ-ın Tehrana təklif olunan razılaşmaya cavab vermək üçün bir neçə gün vaxt verdiyi barədə yayılan xəbərlər yalandır:

"Bu gün gördüyüm bəzi məlumatların əksinə olaraq, Prezident Tramp İrandan təklif almaq üçün qəti bir son tarix təyin etməyib, bunu o özü müəyyən edəcək".

O, Trampın İrana "müəyyən rahatlıq" verdiyini və bunun müqabilində Tehrandan vahid, tək bir təklif gözlədiklərini bildirib və əlavə edib ki, ABŞ Prezidenti İranla bağlı "qırmızı xətlərini" açıq şəkildə müəyyən edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin