Korrupsiya əməliyyatında saxlanılan Səfərbərlik Xidməti əməkdaşlarının ADLARI

Hazırda oxunan: Korrupsiya əməliyyatında saxlanılan Səfərbərlik Xidməti əməkdaşlarının ADLARI

608939

Xəbər verdiyimiz kimi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir neçə rayon şöbəsində əməliyyat keçirib.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, əməliyyat nəticəsində ittiham verilən şəxslərin adları bəlli olub.

Bunlar Saatlı rayon şöbəsinin rəis müavini Araz Kərimli, Cəbrayıl rayon şöbəsinin rəis müavinləri - Niyam Mədətsoylu, Şükür Əmrəliyev, Etibar Əliyev və Şamil Alıyevdir.

Sözügedən şəxslərin hər biri Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) və başqa maddələrilə cinayət məsuliyyətinə cəlb ediliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin