Azərbaycan XİN Türkiyəni təbrik etdi - FOTO

Hazırda oxunan: Azərbaycan XİN Türkiyəni təbrik etdi - FOTO

608927

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəni 23 Aprel - Milli Suverenlik və Uşaq Bayramı münasibətilə təbrik edib.

Bizim.Media xəbər verir ki, nazirlik bu barədə X sosial media hesabında paylaşım edib.

Paylaşımda deyilir:

“23 Aprel – Milli Suverenlik və Uşaq Bayramı münasibətilə qardaş Türkiyəni səmimi qəlbdən təbrik edirik.

Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün uşaqlara bəxş etdiyi bu gün, sülhün, dostluğun və gələcəyə ümidin rəmzi kimi xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan və Türkiyə arasında “bir millət, iki dövlət” prinsipi ilə möhkəmlənən qardaşlıq və strateji müttəfiqlik münasibətləri bu kimi dəyərlər üzərində daha da güclənir. Əminik ki, ortaq tariximiz, mədəniyyətimiz və dəyərlərimiz gələcək nəsillərə də eyni birlik və həmrəylik ruhunu aşılayacaq.

Bu əziz gündə qardaş Türkiyəyə sülh, rifah və davamlı inkişaf, bütün uşaqlara isə sağlam, xoşbəxt və parlaq gələcək arzulayırıq”.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin