Şadlıq evlərinə yeni qadağa...

Hazırda oxunan: Şadlıq evlərinə yeni qadağa...

105681
“Şadlıq evlərində musiqi çalınarkən istifadə edilən səsin gücü 85 desibeldən yüksək olmamalıdır”x9d.

Moderator.az-ın məlumatına görə, bunu Trend-ə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıblı deyib.

Onun sözlərinə görə, bu məsələ qurum tərəfindən hazırlanan sənəddə öz əksini tapıb:

“Şadlıq saraylarında nəzərdə tutulan səs diapazonundan artıq səsləndirmə insan sağlamlığına ziyandır. Ona görə də bütün şadlıq sarayları bu qaydalara əməl etməli və göstərilən diapazonu keçməməlidirlər".

Mütəxəssislər isə əksər şadlıq evlərində musiqi çalınarkən 200-300 desibel səs gücündən istifadə olunduğunu deyirlər. Şadlıq evlərindən isə bunu toy sahiblərinin tələbləri ilə əlaqələndirirlər.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən şadlıq evlərində akustika tələblərini pozanlara qarşı 1000 manat cərimə nəzərdə tutulur.

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin