NATO Əfqanıstanda son zamanlar intensivləşən Talibanın hücumları ilə bağlı bu ölkəyə yardımı artırmağı planlaşdırır.
Axar.az xəbər verir ki, Talibanın bu ilin sentyabrında Qunduz bölgəsini ələ keçirməsi Əfqanıstan hökuməti ilə yanaşı, NATO-nu da şoka salmışdı. Belə ki, müttəfiqlər əfqan hökumətinə təhlükəsizliyi ən yüksək səviyyədə təmin etmək üçün milyardlarla dollar yardım etmişdi.
Almaniyalı generallar Hans-Lothar Domroeze Əfqanıstanda vəziyyətin kritik olduğunu, sabitliyin pozulduğunu bildirib. Əfqanıstanın yenidən uçuruma yuvarlandığı bildirilir.
Qeyd edək ki, Əfqanıstanda hazırda 14 min koalisiya əsgəri var. Bu say iki il əvvəl 140 min civarında idi.






































































































